Əli Quliyev (akademik)

Əli Musa oğlu Quliyev (31 may 1912, Gəncə29 yanvar 1989, Bakı) — Azərbaycan SSR Dövlət və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, "Azərbaycanın Əməkdar elm xadimi", akademik, kimya elmləri doktoru, professor.[1]

Əli Quliyev
Əli Musa oğlu Quliyev
Əli Quliyev
Əli Quliyev
Doğum tarixi
Doğum yeri Gəncə, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi adı Akademik
Təhsili
Mükafatları

"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı"Stalin" mükafatı "Stalin" mükafatı Azərbaycan SSR Dövlət mükafatı

"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Золотая медаль ВДНХ СССР Золотая медаль ВДНХ СССР Серебряная медаль ВСХВ СССР Серебряная медаль ВДНХ СССР Серебряная медаль ВДНХ СССР Серебряная медаль ВДНХ СССР

Əli Musa oğlu Quliyev 1912-ci il mayın 31-də Gəncə şəhərində anadan olmuşdur.1927-ci ildə Gəncə şəhərində ibtidai təhsil aldıqdan sonra Bakıya gəlmişdir.1931-ci ildə Bakı Pedoqoji Texnikumunu bitirib və Goranboy rayonunda müəllimlik etmişdir.1934-cü ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə daxil olmuş və oranı 1939-cu ildə bitirdikdən  sonra Dövlət imtahan komissiyasının qərarı ilə “Üzvi kimya”kafedrasında assistent saxlanmışdır.

Elmi və pedoqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əli Quliyev 1937-ci ildən təhsilini davam etdirməklə yanaşı Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda müəllimi,akademik Y.Məmmədəliyevin laboratoriyasında baş laborant,BDU-ni bitirdikdən sonra isə həmin institutda kimyaçı,sahə rəisi və böyük mühəndis vəzifəsində çalışmışdır.

II-ci Dünya müharibəsi illərində o,hərbi sifarişlər yerinə yetirən şöbəyə rəhbərlik etmiş,tank əleyhinə yandırıcı butulkaların nüsxəsini hazırlamış və sınaqdan keçirmişdir.1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir. Ə.Quliyev həmçinin bəzi dərman və yuyucu maddələrin alınması işində də çalışmışdır.

1934-cü ildə “Təbii qazdan heksametilentetraminin (urotropinin)alınması mövzusunda namizədlik işini müdafiə etmişdir.

1945-ci ildə AETNEİ-də Ə.Quliyevin rəhbərliyi ilə “Aşqarların sintezi” laboratoriyası yaradılmış və keçmiş sovetlər ittifaqında ilk dəfə olaraq“AzNİİ depressator” və “AzNiii-4”aşqarları sintez edilmiş və respublikamızın neft emalı zavodalrında sənaye miqyasında istehsal edilmişdir.Bu işlərə görə o,1948 və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.

1951-ci ildə Ə.Quliyev motor sürtkü yağlarının keyfiyyətini yüksəltmək üçün aşqarların sintezi və onların tətbiqinə dair doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri dokoru alimlik dərəcəsi adına layiq görülmüşdür.

Professor Ə.M.Quliyev bir pedaqoq kimi yüksəkixtisaslı kadrların təhsili işinə xüsusi diqqət yetirmişdir.O, 1951-1960-cı illərdə BDU “Üzvi kimya “kafedrasının müdiri,1960-1974-ci illərdə isə həmin kafedranın professoru olaraq tələbələrinə kimya elminin möcüzələrini aşılamışdır. 1958-ci ildə “Neft-kimyası”ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvi, 1959-cu ildə isə həqiqi üzvi seçilmişdir. 1963-67-ci illərdə Azərbaycan EA Kimya Elmlər Bölməsinin akademik-katibi olmuşdur.

1959-65-ci illərdə akademik Ə.Quliyev Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunda “Aşqarlar və yağlar” şöbəsinə rəhbərlik etmişdir. 1965-ci ildə bu şöbənin əsasında bilavasitə akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında yeganə profilli Azərbaycan EA Aşqarlar Kimyası İnstitutu yaradıldı. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olmuşdur.

1970-ci ildə akademik Ə.M.Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.

1974-ci ildə ona Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir.O,respublikamızın elm və tədris müəssisələrində çalışan 6 elmlər doktoru,60-dan artıq elmlər namizədi yetişdirmişdir.

Akad.Əli.Quliyevin "Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası"əsəri iki dəfə Sankt-Peterburq şəhərində nəşr olunmuşdur.Əli müəllim öz əməkdaşları ilə birlikdə 670 elmi məqaləni çap etdirmişdir.166 müəlliflik şəhadətnaməsi almışdır.O, 8 monoqrafiyanın müəllifidir.

Akademik Ə.M.Quliyevin əsas elmi tədqiqat işləri üzvi kimya,neft-kimyası,neftin emalı və aşqarlar kimasına aiddir.Onun rəhbərliyi ilə alkilfenollar, aromatik tiollar,epoksi birləşmələr,sulfobirləşmələr,polimerlər əsasında tərkibində müxtəlif funksional qrup və elementlər olan bir çox üzvi aşqar,stabilizator,inhibitor,YSM-lər sintez edilmiş,onlardan bir çoxunun istehsal texnologiyasi işlənib hazırlanmış və sənayedə tətbiq edilmişdir.Bunlara AzNİİ-depressatoru,AzNİİ-SİATİM-1,SB-3,SB-3u,BFK,BFKu,İNXP-21,İXP-21,İXP-101 və s.misal göstərmək olar.Əli müəllim keçmiş İttifaq miqyasında müxtəlif kükürdüzvi birləşmələrin sintezi və onlarıb əsasında aşqarların yaradılması sahəsində tanınmış elmi məktəb yaratmış görkəmli alim idi.

Akademik Ə.M.Quliyev respublika kimya elmini Rumıniya,Meksika,Çin ,Macarıstan və digər xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir.Azərbaycan SSR Ali Sovetinə VIII və IX çağırışlarda deputat seçilmişdir.Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.Əli müəllim iki dəfə Qırmızı Əmək Bayrağı,üç dəfə “Şərəf nişanı”ordeni və medallarla,6 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.Effektiv aşqarların sintezi və onların istehal texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ-Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür.

Ə.Quliyev 1989-cu il yanvar ayının 29-da uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Onun xatirəsinin əbədiləşdirmək məqəsdi ilə hökumət 1993-cü ildə Azərbaycan EA Aşqarlar Kimyası İntitutuna onun adını vermişdir.

Hər il gənc kimyaçı alimlər akadmeik Əli Quliyev adına mükafata layiq görülürlər.[2]

"Akademik Əli Quliyev" adlı yeni kitab işıq üzü görmüşdür. Alimin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınmış əsərin müəllifi Rəsul Rəxşanlıdır.

  1. Cavadova, Həqiqət. "Görkəmli kimyaçı alim haqqında kitab". anl.az. Azərbaycan qəzeti. 7 noyabr 2012. səh. 7. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2016.
  2. ""Akademik Əli Quliyev adına mükafat"ın növbəti qalibi müəyyənləşdiriləcək". 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.