Əli Rəhimzadə (23 noyabr 1997[1], Maşxan, Astara rayonu) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[2]
Əli Rəhimzadə | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Əli Ceyhun oğlu Rəhimzadə |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 23 noyabr 1997[1] (26 yaş) |
Doğum yeri | |
Boyu | 170 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 2008— |
Məşqçisi | İlham Mustafayev |
Komandası | Dinamo İdman Cəmiyyəti |
Əli Rəhimzadə 2016-cı ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 20-ci[3], Rumıniyada gənclər arasında Avropa Çempionatında 10-cu[4], Azərbaycan H. Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirində isə 5-ci pillələrin sahibi oldu.[5]
2017-ci ildə Əli Rəhimzadə əvvəlcə Sombatxey şəhərində (Macarıstan) U23 Avropa Çempionatının bürünc[6], sonra isə Dortmund şəhərində (Almaniya) gənclər arasında Dünya Çempionatının qızıl[7] medallarına sahib olan Əli Rəhimzadə Finlandiyada gənclər arasında Dünya Çempionatını 10-cu[8], Polşada U23 Dünya Çempionatını isə 12-ci pillədə başa vurdu.[9]
2018-ci ildə Tbilisi şəhərində G. Kartozia — V. Balavadze Turnirində 18-ci pillənin[10], İstanbul şəhərində Yaşar Doğu Turnirində gümüş medalın[11], Saxa vilayətində D. Korin Turnirində isə 12-ci pillənin[12] sahibi olan Əli Rəhimzadə noyabrda Rumıniyanın Buxarest şəhərində baş tutan U23 Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.[13]
2019-cu ildə beynəlxalq turnirlərdə ciddi uğura imza ata bilməyən Əli Rəhimzadə Kirmanşah şəhərində Taxti Cup beynəlxalq turnirini 8-ci[14], İstanbul şəhərində Yaşar Doğu Turnirini isə 5-ci pillədə başa vurdu.[15]
Əli Rəhimzadə 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu.[16] Fevralda isə Əli Rəhimzadə Avropa Çempionatlarında debüt elədi. İtaliyanın Roma şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Macarıstan nümayəndəsi İsmayıl Musuğayeva qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.[17]
Daha sonra Əli Rəhimzadə 2021-ci ilin fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu.[18] Apreldə isə Əli Rəhimzadə Avropa Çempionatında mübarizə apardı. Polşanın Varşava şəhərində baş tutan turnirin bürünc medal uğrunda görüşündə Andrey Svirida qalib gəldi və Avropa Çempionatının bürünc medalına sahib oldu.[19] İlin növbəti turnirlərində isə Əli Rəhimzadə ciddi uğurlara imza ata bilmədi — Rusiyada Ə. Əliyev Turnirinini[20] və Norveçdə Dünya Çempionatını 16-cı pillədə başa vurdu.[21]
2022-ci ildə Əli Rəhimzadə cəmi bir beynəlxalq turnirdə mübarizə apardı. İyunda Roma şəhərində (İtaliya) baş tutan Matteo Pellicone Turnirinin bürünc medalına sahib oldu.[22]
2023-cü ildə Əli Rəhimzadə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[23] Apreldə isə Avropa Çempionatında mübarizə aparan Əli Rəhimzadə turniri beşinci pillədə başa vurdu.[24]
A. Medved Turniri | Belarus | |||
Gənclərin Avropa Çempionatı | Rumıniya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
U23 Avropa Çempionatı | Macarıstan | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Finlandiya | |||
U23 Dünya Çempionatı | Polşa | |||
G. Kartozia — V. Balavadze Turniri | Gürcüstan | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
D. Korin Turniri | Rusiya | |||
U23 Dünya Çempionatı | Rumıniya | |||
Taxti Cup | İran | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Avropa Çempionatı | İtaliya | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Polşa | |||
Ə. Əliyev Turniri | Rusiya | |||
Dünya Çempionatı | Norveç | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya |