Əli Təbrizli — şair, yazıçı, naşir. "Atropat" nəşriyyatının əsasını qoyub. Bu nəşriyyatda "Əliağa Vahidin külliyyatı", "Azərbaycan nəğmələri və bayatıları", "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib.
Əli Təbrizli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Tehran |
Dəfn yeri | Vadi rəhmət qəbiristanlığı |
Fəaliyyəti | şair, yazıçı |
Tanınmış əsərləri | Ədəbiyyat və milliyyət |
Fəaliyyətinə görə SAVAK tərəfindən həbs olunub və 6 il məhkumluq həyatı yaşayıb.
Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Təbrizin Münəccim məhəlləsində dünyaya gəlib[1]. İlk təhsilini məhəllələrindəki ibtidai məktəbdə sonrasilini isə Rüşdiyyə məktəbində alıb[2]. Azərbaycan Milli Hökuməti dövründə məktəbdə ana dilində təhsil alıb[1]. Daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb[3]. İlk dəfə "Əli Təbrizinin qəzəlləri" adlı kitabı nəşr etdirib. Daha sonra "Atropat" nəşriyyatının əsasını qoyub[4] və bir neçə ədəbi dərnək qurub[1][2]. Bölgələri gəzərək türk folklor nümunələrini toplamağa başlayıb[5]. Şah İsmayılın həyatı və şeirlərini əhatə edən iki cildlik "Şah İsmayıl" kitabını[1] və 1955-ci ildə Əsli və Kərəm dastanını xalqdan toplayaraq yazıya köçürüb nəşr etdirib[5][6].
1959-cu ildə şair Həsən Məcidzadə Savalanla birlikdə "Əliağa Vahidin külliyyatı" sonrakı illərdə isə "Azərbaycan nəğmələri və bayatıları" (iki cilddə), "Koroğlu" dastanı, "Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri", "Füzuli divanı", "Salman Mümtazın şeirləri" və bir neçə kitabı hazırlayaraq nəşr etdirib[7][8]. Yazdığı "Ədəbiyyat və milliyyət" əsərində bir çox məsələlərə toxunub[9][10]. O, bu əsərində Cənubi Azərbaycanda yaşayan türklərin tarixi, onların milli özünüdərki, orada olan mövcud kimlik problemləri haqqında yazıb. Həsən Məcidzadə Savalanın "Apardı sellər saranı" əsərini çapa hazırlayarkən SAVAK tərəfindən nəşriyyata basqın edilir, çap olunan və çapa hazırlanan, mətbəədə yığılan kitabları müsadirə edilir özü isə həbs olunur[2]. 6 il həbsdən qaldıqdan sonra azadlığa çıxıb. Həbsdən çıxdıqdan sonra "Qud Amuz" adında türkcə-farsca lüğət hazırlayıb və çap etdirib[3].
1998-ci ilin yanvarın 18-də Tehranda dünyasını dəyişib və Təbriz şəhərinin Vadi rəhmət qəbiristanlığında dəfn edilib[2][3].