Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru.
Nəsib Nəsibli | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 34 saylı Xətai ikinci |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Gülər Əhmədova |
1994 – 1996 | |
Başqan | İsa Qəmbər |
17 avqust 1992 – 24 yanvar 1994 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Əliyar Səfərli |
Şəxsi məlumatlar | |
Doğum adı | Nəsib Loğman oğlu Nəsibli |
Doğum tarixi | 15 sentyabr 1956 (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.
1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universiteti ndə professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.
Evlidir, iki övladı var.
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuş, eyni zamanda Müsavat Partiyasının bərpa edilməsi işində çalışmışdır. 1989–1992-də Azərbaycan Milli Demokratik Partiyası "Yeni Müsavat"a başçılıq etmişdir. Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994–1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
2 noyabr 2014-cü ildə Müsavat Partiyasından istefa vermişdir