Dünyamallar – Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd.
Dünyamalılar Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi Mil düzündə yayılmış xələc tayfasının dünyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin keçmiş
adı da Xələc olmuşdur[1].
2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır[2].
Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir.
- Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
- Ağamalıyev Raqub Əhəd Oğlu (08.10.1966-26.01.1994)
- Əmiraslanov Kərəm Zeynal Oğlu (17.06.1975-04.06.1994)
- Həsənov Seymur Zaman Oğlu (26.12.1968-17.08.1992)
- Həşimov Zakir Cəmil Oğlu (1967-08.05.1992)
- İsmayılov Teymur Qarakişi Oğlu (10.08.1969-16.04.1994)
- Quluyev Baxşeyiş Maşallah Oğlu (28.04.1964-02.11.1993)
- Məmmədov İmamqulu Kamal Oğlu (01.07.1959-26.06.1995)
- Mirzəyev Məhəbbət Zaman Oğlu (16.12.1993-02.04.2016)
- Mustafayev Allahverdi Əhmədalı Oğlu (15.07.1957-16.121992)
- Mustafayev Elburus Ələkbər Oğlu (19.07.1964-17.01.1994)
- Rzayev Ələmdar Mehdi Oğlu (1971-10.05.1992)
- Sarıyev Səid Əhəd Oğlu (02.09.1974-26.01.1994) [3]
- Məhəbbət Zaman oğlu Mirzəyev (16 dekabr 1994, Dünyamallar, Beyləqan rayonu – 2 aprel 2016, Azərbaycan) - giziri
- Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
- Soltanov Gəray Xəlil oğlu(29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
- Ramil Sudeyif oğlu Qurbanov (6 yanvar 1987; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan)
- Səxavət Sabir oğlu İsmayılov (19 avqust 1997; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl, Azərbaycan)
- Hasil Miryusif oğlu Abdullayev (21 may 1985; Beyləqan rayonu, Azərbaycan SSR — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan)
- Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan)
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|