Cavanşir Məmmədov (rejissor)

Cavanşir Musa oğlu Məmmədov (17 oktyabr 1915, Lənkəran, Lənkəran qəzası5 sentyabr 1997, Moskva) — Azərbaycan operatoru və rejissoru.

Cavanşir Məmmədov
Cavanşir Musa oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti operator, rejissor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1959
IMDb ID3758482

Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirmişdir.

1997-ci ildə Moskvada vəfat edib.

Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.

Adlar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Rejissor kimi

Operator kimi

Ssenari müəllifi kimi

  1. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  2. Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  • Elmirov, A. "Şamaxı səması altında" [Sənədli kinofilmlərin görkəmli ustası Cavanşir Məmmədovun yeni çəkdiyi "Şamaxı səması altında" filmi haqqında] //Bakı.- 1971.- 13 noyabr.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
  • "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91–95.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.