XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan sancağının tərkibinə daxil olan nahiyələrdən biri də Əlincə nahiyəsi idi.
Qədim nahiyə | |
Əlincə nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan sancağı |
Salınma tarixi | XVI əsr |
Banisi | Səfəvilər |
Milli tərkibi | azərbaycanlılar |
Nahiyənin mərkəzi Əlincə qalasında yerləşmişdir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bir çox müəlliflərin XIV əsrin sonundan etibarən Əlincə qalasının öz əvvəlki əhəmiyyətini itirməsi fikri ilə razılaşmaq olmaz. Çünki hələ Sultan Süleymanın Qızılbaş dövləti ərazilərinə 1534-cü ildə gerçəkləşmiş yürüşü zamanı Osmanlı ordusuna rəhbərlik edən iki qüdrətli sərkərdədən biri olan Xosrov paşa məhz çoxminlik Osmanlı qoşunu ilə Əlincə qalası üzərinə göndərilmişdir [1].
Əlincə nahiyəsi şimal-qərbdən Dərəşahbuz, şimal-şərqdən Sisyan, şərqdən Azadciran, cənubdan Dərəşam, qərbdən Naxçıvan nahiyəsi ilə həmsərhəd olmuşdur. Ərazisi, təqribən, 703 kvadratkilometr olmuşdur. [2]