Azadciran nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi.[1]
Qədim nahiyə | |
Azadciran nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan qəzası (Osmanlı) |
Banisi | Osmanlı İmperiyası |
Milli tərkibi | Azərbaycan türkləri |
Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür.[2] Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır.[2] X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin – Azad və Kiran şəhərlərinin adı ilə bağlıdır.[2]
Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir.[2] İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.” [3]
Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir.[2] Onlardan I Təhmasibin 1544[4] və 1555[5]-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə[6], Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına[7] və 1586-cı ilin yanvarına[8], I Şah Abbasın 1604[9], 1606[10] və 1621[11]-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir.
Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.[12]