Əlizamin Mustafalı (tam adı: Əlizamin Valeh oğlu Mustafalı; 01 sentyabr 1997; Beyləqan, Azərbaycan — 21 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əlizamin Mustafalı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Beyləqan, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Hadrut, Azərbaycan |
Dəfn yeri | Sumqayıt Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları |
İbrahim Mustafalı, Mədinə Mustafalı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzuli əməliyyatı • Hadrutun azad edilməsi |
Təltifləri |
Əlizamin Mustafalı Valeh oğlu 1997-ci il 1 sentyabr tarixində Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə orta təhsilini, Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbində alıb. 2012-ci ildə 3 nömrəli peşə liseyinə daxil olmuş və 2015-ci ildə bitirmişdir.
Ailəli idi, iki övladı var.
Əlizamin Mustafalı 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbidə ixtisası DŞK pulemyot atıcısı olub. 2017-ci ildə hərbi xidməti uğurla başa vurub. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsidə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Əlizamin Mustafalı oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]