Əminə Yusifqızı — əməkdar jurnalist, "Kür" qəzetinin baş redaktoru.
Əminə Yusifqızı | |
---|---|
Əhmədova Əminə Yusif qızı | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyət illəri | 1975-ci ildən |
Mükafatları |
|
Əminə Yusifqızı 1 iyun 1951-ci ildə Yevlax rayonunda doğulub.
2 övladı, 6 nəvəsi, 1 nəticəsi var.
1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində təhsili alıb
Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə Yevlaxda çıxan "Təşəbbüs" qəzetində (sonrakı adı "Kür") jurnalist fəaliyyətinə başlamışdir. Əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri işləmiş, 1991-ci ildən indiyəcən isə "Kür" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir.
Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə "Qızıl qələm" mükafatına (1982), 2 dəfə H.B.Zərdabi adına (1993–2001), Məhsəti Gəncəvi adına (1995) mükafatlarına layiq bilinib. 1991-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adını almış, 2005-ci ildə isə ölkə başçısının daha bir sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1]. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının da sahibidir.
Çalışdığı müddətdə dəfələrlə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuşdur, fəaliyyəti çoxsaylı diplom və fəxri fərmanlara layiq bilinmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şura üzvüdür.
65 Yevlaxlı şəhidin həyat və döyüş yolundan bəhs edən "Zəfər Fədailəri" adlı kitabı 2021-ci ildə, "Biz vətən üçün doğulduq" kitabı isə 2022-ci ildə nəşr olunmuşdur.
2009-cu ildən 2021-ci ilə qədər Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri işləyib