Əmin Cəmayel (ərəb. أمين الجميّل; 22 yanvar 1942[1][2], Bikfəyya[d], Böyük Livan) — Livan dövlət xadimi.
Əmin Cəmayel | |
---|---|
ərəb. أمين الجميل | |
Doğum tarixi | 22 yanvar 1942[1][2] (82 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.[3]