Əndəlal döyüşü — Nadir şah Əfşar üçüncü Dağıstan yürüşü zamanı 1741-ci ilin sentyabrında Dağıstan xalqları nümayəndələri ilə Əndəlal bölgəsində baş verən döyüş.[5]
Əndəlal döyüşü | |||
---|---|---|---|
Nadirin Dağıstana üçüncü yürüşü | |||
Tarix | sentyabr 1741 | ||
Yeri | Əndəlal, Avar xanlığı, Dağıstan | ||
Səbəbi | Dağıstan feodallarının Şamaxını tutmaları, Dərbəndi, Bakını, Ərdəbili zərbə altına almaları | ||
Nəticəsi | Nadir şahın ordusu məğlub oldu[1] | ||
Ərazi dəyişikliyi | Nadir şah Dağıstanı tərk etdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Nadir şahın 1734 və 1735-ci illərdə Dağıstana qarşı ilk iki hərbi yürüş şah üçün qarışıq müvəffəqiyyətlə başa çatdı. 1738-ci ildə Car-Balakəndə böyük üsyan başladı və bu üsyan zamanı Dağıstan müttəfiqlərinin dəstəklədiyi üsyançılar Nadir şahın qardaşı Azərbaycan valisi İbrahim xanı öldürdülər.
Hindistan yürüşündən sonra qisas almaq istəyən şah, Dağıstanın son fəthi üçün 100 minlik bir ordu topladı və bölgənin bütün dağlı xalqlarını İrana sürgün etməyi planlaşdırırdı.
1741-ci ildə Nadir şah Dağıstanı işğal etdi və qanlı döyüşlərdə bir-bir dağlı caamatlıqlarını fəth edərək Əndələlə çatdı. Əndəlala yürüş strateji əhəmiyyət kəsb edirdi, çünki dağlılar, xüsusən partizan müharibəsini davam etdirən Qazıqumuq xanı Murtazəli xan və Məhəmməd xan orada sığınacaq tapmışdı.
Şahın yürüşünü gözləyən Əndələl kadısı Pir-Məhəmməd və avar tayfa başçısı İbrahim-Hacı Qidatlinski bütün Dağıstan icmalarına hərbi yardım üçün əvvəlcədən müraciət etdilər.[6] Şah bir aya yaxın Kumuq yaxınlığında dayandıqdan sonra digər dəstələrlə birləşərək birləşmiş ordu ilə Məqəb və Oboh kəndləri yaxınlığında düşərgə saldı. Bununla da o, Əndəlala daxil oldu.[6] İbrahim-Hacının şaha yazdığı iki məktub qorunub saxlanılıb, orada o, Nadir şahamüsəlmanlarla lazımsız müharibəyə getməməyə çağırış edirdi.[5][6] Məktubda deyilirdi: “Biz azıq, amma sona qədər vuruşacağıq. Bizim torpaqlarımızı tərk etdin".[4] Dağıstanın hər yerindən gələn dağlı xalqları Əndəlalda toplaşmağa başladılar.[5][6] Əfşar ordusunun arxa cəbhəsində olan Qaytaq utsmi Əhməd xan şaha qarşı əməliyyat planlarını gizli şəkildə əlaqələndirirdi.[4]
Döyüş əməliyyatları 1741-ci ilin sentyabrında başladı.[6] Çoxsaylı Əfşar qoşunları eyni vaxtda Soqratl, Məqəb, Uluçara, Oboh, Çox və başqa kəndlərə hücum edərək hərbi əməliyyatlara başladılar.[4] Bu kəndlərin yaxınlığında bir neçə gün qanlı döyüş getdi.[5] Nadir şahın planlarına görə, Əndəlalda döyüşün başlanğıcı Lütfəli xanın, Heydər bəyin və Cəlil bəyin dəstələrinin Aimakinskoye dərəsi vasitəsilə Avar xanlığına hücumu ilə eyni vaxta təsadüf etməli idi. Eyni plana görə, Xasbulat Şamxal əfşarların əsas planını həyata keçirmək - dağlıları hər iki tərəfdən mühasirəyə almaq və əsas döyüşdə onları məğlub etmək üçün onlarla birlikdə irəliləməli idi.[4]
Dağlı xalqları strateji planlarına uyğun olaraq Əfşar qoşunları ilə əsas döyüş yerini özləri seçdi. Şah qoşunlarını böyük süvari və piyadaların manevr etmək imkanından məhrum etmək üçün döyüş yeri olaraq dar Xitsibin çay keçidi müəyyən edildi. Bu keçid Soqratl dağından çay və dağ silsiləsinin sıldırım yamacları ilə ayrılır. Effektiv strategiya fikirləşildi. Düşmənin atlarını oğurlamaq, süvariləri manevr imkanlarından məhrum etmək və sonra onların hücumunu gözləmədən qəfildən Əfşar düşərgəsinə hücum etmək əsas yol kimi seçildi.[4]
Planlarını yerinə yetirərək, sentyabrın 22-nə keçən gecə dağlılar Əfşar düşərgəsinə yaxınlaşdılar, döyüş atlarının böyük bir hissəsini oğurladılar, buna görə süvarilər sıradan çıxdı. Oyanan əfşar ordusunun heç nə etməyə vaxtı qalmadı. Hər iki tərəfin böyük qüvvələr yerləşdirdiyi Aymakin dərəsindən Soqratla qədər geniş ərazidə genişmiqyaslı döyüş başladı.[4] Əvvəlcə döyüş dağlılar üçün müxtəlif dərəcədə müvəffəqiyyətlə davam etdi, sonra şah qoşunları onları geri oturtmağa müvəffəq oldu. Nadir həlledici hücuma başlayanda çoxlu qadınların da olduğu əlavə qüvvələr gəldi. Şahın rəqibləri inanılmaz səylə üstünlüyə nail oldular. Güclü hücuma tab gətirə bilməyən Əfşar qoşunları tərəddüdə düşərək qaçmağa üstünlük verdilər.[5]
Əhməd xan Mehtiqulunun başçılığı altında döyüş Lütf Əli xanın Ayməkin dərəsindəki 20 minlik dəstəsinə hücumla başladı və Əfşar komandanı bir neçə yüz əsgərlə qaça bildi. Eyni hal Heydər bəyin 10.000 nəfərlik ordusu ilə də baş verdi. Onun ordusundan yalnız 500 nəfər qaçmağa müvəffəq oldu. 600 əsgərlə qaçan Cəlil bəyin 5000 nəfərlik dəstəsi demək olar ki, tamamilə məhv edildi. Silah və döyüş sursatı olan karvan qaliblərin qəniməti oldu. Bir çox yerlərdə Əfşar qoşunları ilə döyüşlər gedirdi. Köyludərə ərazisində Ağa Xan, Məhəmməd Yar xan və Cəlil xan məğlub oldular.[4] Cəlil xan döyüşdə həlak oldu. Mindən çox əfşar əsgəri əsir düşdü, həmçinin çoxlu silah, toplar, arabalar və digər qənimətlər ələ keçirildi. Sonrakı döyüşlərdə şahın xəzinəsinin böyük bir hissəsi ələ keçirildi. Bu xəzinə orduya maaş paylamaq üçün Hindistandan ona xərac kimi göndərilmişdi.[4]
28 sentyabr 1741-ci ildə Nadir şah Əndəlaldan geri çəkilməyə başladı.[4]
Rusiyada Fransa səfiri olan De La Şetardi yazırdı ki, məğlubiyyət Nadir şah üçün acınacaqlı nəticələrə səbəb olmuşdu. Çünki Nadir şah “dağlıların özünü tələyə salmağa imkan verdi və hər iki tərəfdə gizlənmiş qoşunlar ordusunun böyük hissəsini dəhşətli qırğına məruz qoyduğu dərəyə düşdü”. Əndəlalda Nadir şahın qoşununun yarısını və demək olar ki, bütün atlarını itirdiyi güman edilir.[5] Şahın şəxsi katibi Astrabadlı Mehdi xan Əndəlalı “bədbəxtlik bölgəsi” adlandırırdı: "Burada Nadir şahın əsgərləri düşmənlərə şikar oldular”.[6][5]
Nadir hədiyyə və vədlərlə Dağıstan hökmdarlarını öz tərəfinə çəkməyə çalışırdı. Lakin onlar onun təklifini rədd etdilər. Avar xanı ona cavab məktubunda yazırdı: “Bizə onun üçün gəlmisən? Mən sənə tez ölkənə qayıtmağı məsləhət görürəm. İndi özünüz də görürsünüz ki, sən o qədər də qorxunc deyilsən ki, səninlə öhdəsindən gəlmək mümkün deyil”.[5]
Havanın soyuqlaması, dağların qarla örtülməsi Nadir şahı məcbur etdi ki, geri dönsün və Dərbənd ətrafında düşərgə salsın. Qoşun yüklərini və qüvvələrin bir hissəsini orada saxlayan Nadir şah bir dəstə ilə Qaraqaytaqa yollandı. Qaraqaytaqda da güclü silahlı dəstə toplanmışdı və onların fəallığı Nadir şahı narahat edirdi. Nadir şah Qaraqytaqdan uğurla döndükdən sonra qışın bitməsini gözləmək üçün Dərbəndə çəkilir.
1742-ci il may ayının sonunda Nadir şah Tabasaranda toplanan silahlı dəstələri zərərləşdirmək qərarına gəlir. Havaların kifayət qədər istiləşməsi, dağlarda qarların əriməsi Tabasarana doğru irəliləməyə imkan verdi. Bu hücumun qarşısının alınması üçün tabasaranlılar 30 minlik qoşun dəstəsi təşkil edib Tabasarana aparan dərənin başlanğıcında yerləşdilər. Tabasaran dəstələri dərəyə Nadir şahdan daha tez yetişdilər və ona görə də onlar oradakı hakim yüksəkliklərdə əlverişli mövqelər tutdular. Bir tərəfdən say üstünlüyü və əraziyə yaxşı bələd olmaları, digər tərəfdən də hakim yüksəkliklərdə mövqe tutulması tabasaranlılara imkan verdi ki, Nadir şahın öncə göndərdiyi dəstələrə qarşı ciddi müqavimət göstərsinlər.[7] Şiddətlənən döyüşdə Əfşar ordusunun vəziyyəti böhran halı alanda Nadir şahın rəhbərliyi altında olan qoşun dəstəsi ora yetişdi. Onun gəlişi ilə tabasaranlıların sırası pərən-pərən oldu və onlar geri çəkildilər.[8]
Nadir şah Tabasarana toplaşan silahlılara üstün gələndən sonra həmin məntəqənin giriş çıxış yollarını və hakim yüksəkliklərini nəzarət altına götürdü. Tabasaran döyüşündən az sonra ona xəbər verildi ki, yaxınlıqdakı məntəqələrin birində ləzgi silahlı dəstələri toplaşıbdır. Onların sayı 60 min idi. Mənbələr təsdiq edirlər ki, dağıstanlılar da kifayət qədər əzmkarlıqla vuruşdular. Yalnız hava qaralandan sonra onlar dağ yüksəkliklərində qurduqları səngərlərə çəkildilər. Səhər açılan kimi Nadir şah dəstələrinə dağıstanlıların mövqelərini əhatə etmək tapşırığı verdi. Nadir şah döyüşçüləri və sərkərdələri verilmiş bu tapşırığın öhdəsindən bacarıqla gəldilər və qısa müddətdən sonra Dağıstan silahlıları özlərini mühasirədə gördülər. Belə olanda onlar müqaviməti dayandırıb mövqelərini tərk etdilər.[9]
Döyüşlərin son dərəcə ağır və ləng getməsinə baxmayaraq Nadir şah, Avar xanlığı istisna olmaqla Dağıstanın böyük bir hissəsini tabe edə bilmədi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən camaatların başçıları da Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldülər.[10]
2003-cü ildə Xitsib yarğanındakı döyüş yerində Vətən memorial kompleksi ucaldılıb. 2005-ci ildə Qünib su elektrik stansiyasının yaxınlığında döyüşün xatirəsinə "Əndəlal" qülləsi tikilib.[11].
Dağıstan Respublikasında Əfşar qoşunları üzərində qələbənin şərəfinə 2011-ci ildən etibarən hər il sentyabrın 15-də Dağıstan Xalqlarının Birlik Günü qeyd edilir.