Nadir şahın Dağıstan yürüşləri — Nadir şah Əfşarın qiyamları yatırmaq üçün Şirvana və Dağıstana etdiyi yürüşləri.
Nadirin Dağıstana yürüşləri | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
Tarix | 1734, 1735, 1741 | ||
Yeri | Şirvan, Dağıstan | ||
Səbəbi | Dağıstan feodallarının Şamaxını tutmaları, Dərbəndi, Bakını, Ərdəbili zərbə altına almaları | ||
Nəticəsi | İlk iki yürüşü uğurlu, sonuncusu uğursuz | ||
Ərazi dəyişikliyi | Nadir Dağıstanı birdəfəlik tabe edə bilmədi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Osmanlı ordusunu Bağdad həndəvərində 1733-cü ildə darmadağın edən Nadir Əhməd paşa ilə Bağdad sülh müqaviləsi bağladı ki, bununla əlaqədar olaraq sultan ona İrandan alınmış bütün vilayətlərin paşalarına müraciyətlə xətti-şərif göndərdi. Sultan dərhal onların idarəsi altında olan vilayətləri tərk etməyi əmr edirdi. Nadir Ərdəbilə gələrək Musa xan Astaralıya tapşırdı ki öz nökərini xətti –şərifin sürəti ilə Şirvanı idarə edən Surxay xanın yanına göndərsin[3].
Şirvana və Qazıqumuqun hakimi olan Surxay xan Nadirə tabe olmaqdan imtina etdi və 1734-cü ildə onun çaparını öldürdü[4]. Bununla əlaqədar Nadir qərara gəldi ki ilk növbədə Şirvan üzərinə getmək lazımdı və onun hakimini yekəxanalığına görə cəzalandırmaq lazımdı. Və o Kürün qırağında peyda olan kimi, Surxay xan Şamaxını tərk edib dağlara çəkildi. Nadir 1734-cü ildə Şamaxıya daxil oldu[3]. Qala divarları uçuruldu ki sonralar şəhər müqavimət göstərə bilməsin. Elə həmin məqsədlə şəhər əhalisi Ağsuçay ərazisinə köçürüldü, buradakı düzdə Kür çayından təxminən 30 km şimala yeni şəhər salındı[5]. Bu arada Surxay xan Şamaxıya gedərək, Şəki vilayətinin Qəbələ mahalında döyüşə hazırlaşırdı. Nadir ona qarşı 12 minlik qoşun göndərdi. Qoşunlar Dəvəbatan düzündə qarşılaşdılar. Burada baş verən döyüşdə üç günlük müqavimətə baxmayaraq dağlılar məğlub oldular[6]. Məğlub olaraq, Surxay xan Nadirin yaxınlaşdığı Qazıqumukun köməyinə getdi[7]. Surxay xan Göysu çayının üzərindəki körpünü uçuraraq əks tərəfdə möhkəmləndi. Atışma başladı. Nadir Qəni xan Abdalinin əfqan süvarilərinə Qoysu çayını keçməyi əmr etdi. Sahilin kəskin enişinə baxmayaraq Qəni xanın süvariləri tezliklə çayı keçdilər. Bunu görən Surxay xan Avaristana qaçdı[8]. Qoşun yığaraq, xəndək qazıb və uçurum üzərindəki körpünü uçuraraq, Surxay xan inadla Qazıkumuxu müdafiə etdi, ama Nadirin üstün qüvvələrinə məğlub oldu. Surxay xan Avaristana qaçmağa məcbur oldu, Qazıqumux alındı və yağmalandı[7]. Qış yaxınlaşdığına görə Dağıstanda Nadirin çoxsaylı ordusu üçün hərbi əməliyatlar imkansızaşırdı, buna görə Nadir Şəkidən keçərək oktyabrdın ortasında Gəncəyə yaxınlaşdı[9]. Ordusu ilə Gəncəyə yaxınlaşan Nadir osmanlı qarnizonu olan şəhərin mühasirəsinə başladı[10].
Gəncənin mühasirəsi zamanı Car və Balakənin nümayəndəsi Nadirin yanına gəldilər və 20 gün ərzində onun yardımına öz süvarilərinin bir hissəsini göndərməyə boyun oldular. Lakin onlar yerinə yetirmədiklərinə görə, Nadir Ağdaş mahalında yerləşən qoşunun bir hissəsini göndərdi, Kaxetiya valisi Əli qulu xanın oğluna isə Gürcüstan tərəfdən Cara hərəkət etmək əmri verdi. Nadirin qoşunları qış şaxtasına görə Cara yaxın dura bilmədilər və mühasirəni qaldırdılar[11].
Bu arada Nadir təkidlə Bakı və Dərbənd şəhərləri olan Xəzəryanı ərazilərin qaytarılmasını tələb edirdi. O rus səfiri Qolitsına deyirdi ki, hətta bunun üçün hərbi qüvvədən belə istifadə etməyə hazırdır.[12]. Nadirlə knyaz Qolitsının Nadirin Gəncə yanındakı düşərgəsində imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını Bakı, Salyan iki həftəyə, Dərbənd isə iki aya tərk etməliydilər və Sulak çayının arxasına çəkilməliydilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, osmanlılarla müharibədə Rusiyayayla hərəkətlərini sinxronlaşdırmaq öhdəliyini götürdü[13].
Nadir Səlyana, Bakıya və Dərbəndə hakimlər təyin etdi və onlara, qoşunları Sulak çayının arxasına keçən ruslardan geri qaytardığı əsirləri qəbul etməyi əmr etdi. Sulak çayı Rusiya ilə sərhəd oldu. Bundan sonra Şamaxının hərbi cəhətdən əlverişsiz mövqeyini nəzərə alaraq, Şamaxının dörd fərsəngində, Ağsuçayda yeni şəhərin salınmasına əmr verdi. İş qurtaran kimi o Şamaxının əhalisini ora köçürdü, Şirvan hakiminin iqamətgahı da burda idi[14].
Bu arada Gəncənin mühasirəsi davam edirdi. Qarsda olan səraskər Abdulla paşanın yardımına ümid edərək, qarnizon təslim olmaqdan imtina edirdi. Nadir qarnizondan bu ümidə son qoymaq üçün, qoşunun bir hissəsini Gəncə yanında qoyaraq, bir hissəsini də carlıları və ləzgiləri qorxutmaq üçün Ağdaşa göndərdi. Özü isə 15 min qoşunla Lori vasitəsilə Qarsa yollandı. Səraskər döyüşmək istəmirdi buna görə qalada qapandı. Nadir onu qaladan çıxarmaq üçün İrəvana tərəfə hərəkət etdi. Səraskər Nadiri qovmağa başladı, Nadir birdən dayandı və qoşunu geri çevirdi, gözlənilməz zərbə ilə Abdulla paşanı məğlub etdi[15].
Bu qələbədən sonra Tiflis, İrəvan və Gəncənin qarnizonları aman istədilər və öz artilleriyalarını və əsirləri Nadirə təhvil verərək Türkiyəyə getdilər.[16] Bu vaxt narahat qubalılar, Dağıstan ləzgilərini köməyə çağıraraq, Xudad qalasında öz hakimləri Hüseyn Əli xanı mühasirəyə aldılar. Onun yardımına şamxal Xaspolad xan və Dərbənd qarnizonunun rəisi yetişdi və qiyamçıların hücumu dəf edildi[17]
Nadir Tilisdə olarkən osmanlı hökumətinin sərəncamı ilə Krım xanının çoxsaylı ordusu ilə Dərbənd istiqamətində hərəkət etdiyini öyrənir və Tilfisdən çıxır.[18][19] Nadir 23 oktyabrda Qanıxçayın qırağında əsas düşərgəsini qoyaraq qoşunların bir hissəsi ilə Cara və Dağıstana yollanır.[19]
Car vilayətində car camaatlarının dəstələrini əzərək, Nadir böyük dağıtılar törədirdi. O hesab edirdi ki şiddətlə buranın əhalisini tabe edə biləcək.[20] Carlıları cəzalandıraraq, Nadir Şəki və Ərəşdən keçərək Şamaxıya gəlir və orada öyrənir ki Krım xanı Dərbəndə yaxınlaşıb və orada öz tərəfdarlarına hədiyələr edib. Surxay xan oğlunu 500 ləzgi ilə Krım xanının qulluğuna verib.[21]
Krım xanı Nadirin Dağıstana gəlişini öyrənərək Dağıstan maliklərinə bəxşişlər, titul və vəzifələr verərək Krıma qayıdır.[22] Dağıstanın bəzi malikləri Nadirə tabe oldular və buna görə ondan bəxşişlər aldılar.[9] Qışın və bununla bağlı çətinliklərin yaxınlaşmasına baxmayaraq Nadir Dağıstana yollandı. Altıağac dağlarından keçərək Dərəkəndə gəldi və buradan Dağıstan sərdarına Tabasaranın Dərə mahalında qoşunu üçün azuqə yığılmasını əmr etdi. Buradan oğlu Riza Qulu xanın başçılığı ilə ağır yükünü Şabran vasitəsilə Dərbəndə göndərərək, Nadir qoşunu üç yerə böldü. Birinci dəstənin başında o özü şəxsən Buduq və Xınalıqa yollandı, başqasını Doqquzpara və Altıpara dairələrinə(indiki Samur dairəsi) göndərdi, üçüncüsünə isə Kürü mülkündəki Kəbirə getməyə əmr etdi. Beləliklə, nadincləri cəzalandıraraq, bütün dəstələr Gilyar kəndində birləşdilər. Buradan Nadir şimala getdi və 11 noyabrda Dərbəndin şimal tərəfində düşərgə saldı. [19] Yeni şamxal Eldar xan, usmi Əhməd xan və Surxay xanın şamxal Xaspolad xana hücum etmək üçün Kazanişşe kəndində birləşmələrindən xəbər tutaraq, o həmən, ləzgi dəstəsi ilə dar keçidi kəsən usminin oğlu Xan- Məhəmməd dayanan Məcəlisə getdi. İnadlı müqavimətdən sonra bu alınmaz kənd alındı. Usminin oğlu özü ilə artilleriyanı götürərək Dağıstanın keçilməz yerlərinə çəkildi.[23] Buradan Nadir hər yeri yağmalayaraq şamxal mülkünün Qobden kəndinə gəlir. Şamxal onun yanına gəlir. Surxay, Əhməd xan və Eldar gizlənirlər. Nadir Qazıqumuqa gəlir. 20 dekabrda o Qazıqumuxun üç milində Şarrat örüşünə çatır, burada yeganə yol olan dərədə, Surxay öz qüvvələri ilə möhkəmlənir. Nadir dörd tərəfdən hücüm edir. Dağa birinci əfqanlar dırmaşır və şiddətli əlbəyaxaya girişirlər. Onların dalınca başqa qoşunlar da hərəkət edir, ləzgilər dayanmaqa imkan görmədiklərinə görə böyük itkilərlə geri çəkilirlər. Bundan sonra Nadir Akuşanı tabe edir. Qaleyi-Qureyşdə onu onu təntənəli surətdə qəbul edirlər.
Nadir Dağıstandakı işlərini yoluna qoyaraq Kubanın Həsənqala kəndinə qayıdır. 13 yanvarda o artıq Qurultayın keçirlməsi üçün Muğan düzündəki düşərgəsində olur.
Türkistanın fəthindən sonra onun Nadirin qarşısında dayanan əsas məsələlərdən biri də Dağıstana yürüş etmək idi. Bu yürüşün planlaşdırılmasında Nadir şahın əsas məqsədi qardaşı İbrahim xanın qisasını almaq və Dağıstanı tam tabe etmək idi. Buranın təbii-coğrafi şəraiti, əhalinin dağınıq və yüksək dağlıq şəraitdə yaşaması, idarəçiliyin çətinliyi, Dağıstanın tam nəzarət altına gətirilməsini xeyli mürəkkəbləşdirirdi. Bu yürüş zamanı Nadir şahın da müəyyən itkilərlə qarşılaşacağı şübhə doğurmurdu. Amma onu da yaddan çıxarmaq olmaz ki, Dağıstanda başlanan itaətsizlik dalğasına ciddi diqqət yetirilməməsi bütün Cənubi Qafqazın əldən getməsi ilə nəticələnə bilərdi. Elə bununla bağlı idi ki, yürüşə başlamazdan əvvəl Nadir şah Məşhəddə qoşun başçılarının və sərkərdələrinin toplantısını keçirdi və Dağıstana yürüş etmək niyyətini onlara açıqladı. Toplantı iştirakçıları birmənalı şəkildə Nadir şahın qərarını dəstəklədilər. Nəhayət, 1741-ci il mart ayının 14-də Nadir şah qoşunları ilə Məşhəddən Dağıstana doğru istiqamət götürdü.[24]
Dağıstan yürüşündə iştirak etmiş həkim Bazen Nadir şah qoşunlarının 150 minə yaxın olduğunu qeyd edir. Nadir Şah Ərdəbildə və Şirvanda Azərbaycan türklərindən (azərbaycanlılardan) ibarət qoşun dəstəsinə baxış keçilir və həmin dəstələr də qoşunlara qatılır. Nadir şah Qəbələdən sonra Şahdağı adlamaqla Qumıxa yollandı və bir ay orada qaldı. Qumıxda olarkən Xaspolad xan Şamxal, Surxay xan Qumıx və Əhməd xan Usmi Qaraqaytaq Dağıstan əyanlarının müşayiəti ilə Nadir şahın hüzuruna gəldilər. Nadir şah onları ehtiramla qarşıladı, itaət göstərmələrini qəbul etdi və onlara qiymətli hədiyyələr verdi.
Lakin Nadir şahın 20 min dağıstanlını öz ordusuna cəlb etmək və digərlərini də İrana köçürmək qərarı yerli əhali arasında onağ qarşı müqaviməti gücləndirdi.[25] Müqavimətin yatırılması üçün Nadir şah qoşunları da sərt tədbirlərə əl atdılar. Qoşunlar dəstələrə bölünərək dağlar qoynunda yerləşən məntəqələrdəki müqavimət ocaqlarının yatırılmasına göndərildi. Ləzgi dəstələrinin yerləşdikləri bir çox kəndlər alınsa da, bir çoxlarında sərt müqavimət təşkil olundu. İş o yerə gəlib çatdı ki, Nadir şahın düşərgə saldığı Qazıqumux əhalisi də dəstələr təşkil edib dağlara çəkildi və imkan yaranan kimi Nadir şah qoşunlarına zərbələr endirdilər.
1741-ci il sentyabr ayının 12-də Nadir şah Avar dəstələrinin zərərsizləşdirilməsi üçün Qazıqumıxdan Avaristana doğru hərəkətə başladı. Bu, da, Avarların burada böyük dəstə toplamasıyla bağlı idi. Burada Əndəlal ərazisində dağlı xalqları ilə Nadir şahın ordusu arasında döyüş baş verdi. Tarixə Əndəlal döyüşü kimi düşən qarşıdurma şah ordusunun məğlubiyyəti ilə bitdi.
Havanın soyuqlaşması, dağların qarla örtülməsi Nadir şahı məcbur etdi ki, geri dönsün və Dərbənd ətrafında düşərgə salsın. Qoşun yüklərini və qüvvələrin bir hissəsini orada saxlayan Nadir şah bir dəstə ilə Qaraqaytaqa yollandı. Çox güman ki, Qaraqaytaqda da güclü silahlı dəstə toplanmışdı və onların fəallığı Nadir şahı narahat edirdi. Nadir şah Əfşar Qaraqytaqdan uğurla döndükdən sonra qışın bitməsini gözləyir və Dərbəndə çəkilir.
1742-ci il may ayının sonunda Nadir şah Tabasaranda toplanan silahlı müxalifət dəstələrinin zərərsizləşdirilməsini qərara aldı. Havaların kifayət qədər istiləşməsi, dağlarda qarların əriməsi Tabasarana doğru irəliləməyə imkan verdi. Bu hücumun qarşısının alınması üçün tabasaranlılar 30 minlik qoşun dəstəsi təşkil edib Tabasarana aparan dərənin başlanğıcında yerləşdirdilər. Tabasaran dəstələri dərəyə Nadir şah dəstələrindən daha tez yetişdilər və ona görə də onlar oradakı hakim yüksəkliklərdə əlverişli mövqelər tutdular. Bir tərəfdən say üstünlüyü və əraziyə yaxşı bələd olmaları, digər tərəfdən də hakim yüksəkliklərdə mövqe tutulması tabasaranlılara imkan verdi ki, Nadir şahın öncə göndərdiyi dəstələrə qarşı ciddi müqavimət göstərsinlər. Nadir şah cəzayirçilərnin bütün səylərinə baxmayaraq tabasaranlıların müqavimətini qırmaq mümkün olmadı.[26] Şiddətlənən döyüşdə Əfşar ordusunun vəziyyəti böhran halı alanda Nadir şahın rəhbərliyi altında olan qoşun dəstəsi ora yetişdi. Onun gəlişi ilə tabasaranlıların sırası pərən-pərən oldu və onlar geri çəkildilər.[27]
Nadir şah Tabasarana toplaşan silahlılara üstün gələndən sonra həmin məntəqənin giriş çıxış yollarını və hakim yüksəkliklərini nəzarət altına götürdü. Tabasaran döyüşündən az sonra ona xəbər verildi ki, yaxınlıqdakı məntəqələrin birində ləzgi silahlı dəstələri toplaşıbdır. Onların sayı 60 min idi. Mənbələr təsdiq edirlər ki, dağıstanlılar da kifayət qədər əzmkarlıqla vuruşdular. Yalnız hava qaralandan sonra onlar dağ yüksəkliklərində qurduqları səngərlərə çəkildilər. Səhər açılan kimi Nadir şah dəstələrinə dağıstanlıların mövqelərini əhatə etmək tapşırığı verdi. Nadir şah döyüşçüləri və sərkərdələri verilmiş bu tapşırığın öhdəsindən bacarıqla gəldilər və qısa müddətdən sonra Dağıstan silahlıları özlərini mühasirədə gördülər. Belə olanda onlar müqaviməti dayandırıb mövqelərini tərk etdilər.[28]
Amma döyüş hələ bitməmişdi. Dağıstanın nüfuzlu əyanlarından olan Usmi Əhməd xan Nadir şaha itaətdən üz döndərdikdən sonra nüfuz dairəsində olan silahlıları da Nadir şaha qarşı döyüşlərə cəlb etdi. Nadir şah bir sıra Dağıstan tayfalarının silahlı dəstələrinin müqavimətini qırdıqdan sonra Usmi Əhməd xanın sığındığı qalanın da ələ keçirilməsinə qərar verdi. Qüreyş qalası Nadir şah döyüşçülərinin əlinə keçdi. Üsmi Əhməd xan isə qaçmaqla canını qurtara bildi.
Döyüşlərin son dərəcə ağır və ləng getməsinə baxmayaraq Nadir şah, Avaristan istisna olmaqla Dağıstanın böyük bir hissəsini tabe etdi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən camaatların başçıları da Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldülər.[29]