İbrahim xan Əfşarın Car-Balakənə yürüşü — 1738-ci ilin payızında Nadir şahın kiçik qardaşı Azərbaycan valisi İbrahim xanın komandanlığı ilə Əfşar ordusunun üsyan etmiş Car-Balakən camaatının üzərinə gedən hərbi ekspedisiya.
İbrahim xan Əfşarın Car-Balakənə yürüşü | |||
---|---|---|---|
| |||
Tarix | noyabr 1738 | ||
Yeri | Car-Balakən camaatı, Azərbaycan | ||
Səbəbi | Car-Balakən camaatının üsyanı | ||
Nəticəsi | Əfşar ordusu məğlub oldu, İbrahim xan Əfşar həlak oldu | ||
Ərazi dəyişikliyi | Əfşar ordusu ərazini tərk etdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Car-Balakən camaatı hərbi və siyasi resursları möhkəmləndirmək məqsədilə yaradılan avarlar və saxurların kənd icmalarının birliyi idi. XVII əsr boyu Car-Balakən azad cəmiyyətləri və İlisu sultanlığı XVIII əsrin birinci yarısında qızılbaşlarla saysız-hesabsız müharibələr aparmış, onlar yeni təhlükə ilə üzləşmişlər. Bu dəfə sərhədləri Hindistandan İraqa və Zaqafqaziyaya qədər uzanan Əfşar imperiyası ilə üz-üzə gəlməli oldular.
XVIII əsrin 30-cu illərinin əvvəllərində Nadir şah 1730–1736-cı illər Səfəvi–Osmanlı müharibəsində Osmanlıları məğlub edərək bütün Zaqafqaziyanı tutmaq iddialarını ortaya qoydu. Car-Balakən camaatı və İlisu sultanlığı şahın tabe olmaq tələbini rədd etdi. Onları cəzalandırmaq üçün 1734-cü ilin qışında o, Cara yürüş etdi. Lakin Car-Balakən camaatlığını fəth edə bilmədi.[2]
1735-ci ilin sonlarında İlisu sultanlığı ilə həmsərhəd olan Biləncik kəndinin sakinləri öz kəndlərində qızılbaşlara qarşı üsyan qaldırdılar. Qonşu kəndlərin sakinlərini köməyə çağıraraq qızılbaşların bir dəstəsini məğlub etdilər.
1735-ci ilin sonunda Nadir şah üsyançıları sakitləşdirmək üçün yeni yürüşə başladı. O, demək olar ki, bütün dağ kəndlərini dağıtdı. 1736-cı ildə Nadir qardaşı İbrahim xanı Gürcüstan, Ermənistan, Azərbaycan və Dağıstana[1] hakim təyin etdi və özü isə paytaxtına yollandı.[1]
1736-1737-ci illərdə əfşarlar öz hakimiyyətini möhkəmləndirdikdən sonra Şirvanda və Dağıstanda üsyanlar başladı.[1] 1736-cı ilin yazında Surxay xan dağlıların başçılığı ilə köhnə Şamaxı və Dərbəndə hücum etdi.[3][4] Əfşarlar onun Ərdəbili işğal edəcəyindən narahat idi.[4] 1736-cı ilin payızında antsuxlar və carlılar Kaxetiyada əfşarlara hücum etdi.[4] Buna cavab olaraq İbrahim xan 20 minlik qoşunla onların üzərinə yeridi. Lakin onun yürüşü nəticəsiz qaldı. Car-Balakən camaatı “ona heç nə, nə vergilər, nə girovlar, nə də başqa bir şey vermədən barışdılar”.
Şah ordusu Əfqanıstana gedəndə Surxayın oğlu Murtuzəli 1737-ci ildə Şirvana və Şəkiyə basqın etdi.[4] Dağlılar Tiflisə və Qarabağa çatdılar, Nuxanı mühasirəyə aldılar və Ərəş qalasını (hazırki Ağdaş) aldılar. 1737-ci ilin sonunda İbrahim xan böyük itkilər bahasına onları Kaxetidən sıxışdırıb çıxartdı.[4][1][5] Üsyançıların qüvvələrini parçalamağa çalışan İbrahim xan Dağıstan feodallarını onlara qarşı qaldırmağa çalışırdı. Bu məqsədlə 1738-ci ilin yayında o, Kürə gəldi və orada Şamxal Xasbulatı, Surxayı, usmi Əhməd xanı və Əli Sultan Saxurskini danışıqlara dəvət etdi, lakin sonuncular istisna olmaqla, heç kim bu çağırışa qoşulmadı.[5] Usmi, Murtaza-Əli, Surxay xanın oğlu və Antsux Qaneqanın rəhbəri Əfşar hakimiyyətinə tabe olmaqdan imtina etdi.[1]
Şahın Hindistana qarşı yürüşə çıxması üçün əlverişli anı gözləyən dağlılar üsyan etdilər. Üsyanı yatırmaq üçün Nadir şahın qardaşı İbrahim xanın başçılığı ilə 32[1][5] və ya 38 min[4][5] nəfərdən ibarət ordu üsyançılar üzərinə yeridi.[4]
Üsyançılar kömək üçün Dağıstan feodallarına müraciət etdilər. Qazıqumuqlu Surxay xanın oğlu Murtuzəli və Saxurlu Məhəmməd bəy Car-balakənlilərin göməyinə gəldi.[4] Üsyançılara kömək etmək üçün Dağıstandan 20 minlik ordu gəldi.[4] Bu barədə Nadir şahın salnaməçisi Məhəmməd-Kazım yazır: "Böyük Usminin başçılığı ilə Tabarsaran, Xınalıq, Axtı-para, Kurel və başqa yerlərdə yaşayan tayfalardan iyirmi minə yaxın insan gəldi. Üç gün Carlılar onları ərzaqla təmin etdilər. Ləzgi kəşfiyyatçıları Əfşar ordusunun döyüş qabiliyyəti və təhcizatı haqqında məlumat verdi. Carlılar arasında şücaətdə Rüstəm-Dastan kimi, səxavətdə Xatəm Tai kimi iki məşhur başçı var idi. Onlardan birinin ləqəbi İbrahim-divanə (Adələv İbrahim), digərinin isə Xəlil idi. Ləzgilərin geri çəkilməsini öyrəndikdən sonra ruhdan düşmədilər. Hər şeydən əvvəl onlar iki minə yaxın məşhur tüfəngçisinə qalib qoşunların keçməli olduğu bütün postları, keçidləri və yolları ələ keçirməyi tapşırdılar. Onlar özləri qoşun toplamağa başladılar".[6]
Beləliklə, dağlılar böyük bir orduya qarşı demək olar ki, təkbaşına dayanmalı oldular. Bir az sonra Dağıstan avarlarının kiçik bir dəstəsi Malaçilav Untukulskinin başçılığı ilə onların köməyinə gəldi.[7] Car qoşunlarına yerli hərbi rəhbərlərdən İbrahim-divanə və Xəlil ləqəbli Adəlav İbrahim başçılıq edirdi.[7]
1738-ci ilin noyabrında İbrahim xan əsasən əfşarlardan ibarət qoşunla Tala-or çayına yaxınlaşaraq Car kəndi yaxınlığında hərbi istehkam qurdu.[8] İbrahim xan carlıların gözlənilməz hücumunu dəf etmək üçün əsgərlərini dörd gün ərzində müdafiə xəndəkləri qazmağa məcbur etdi.[5] Həmin gün əfşarlar Tsilban yaylasına qalxaraq Tsilban kəndini tutdular. Şiddətli müqavimətdən sonra şah qoşunları Carı alıb Car dərəsinə daxil oldu.[9] Burada dağlılar pusqu quraraq işğalçılara ağır zərbə endirdilər. Şiddətli döyüşlər nəticəsində hər iki tərəfdən çoxlu döyüşçü həlak oldu. Əfşar ordusu komandanı İbrahim xan da döyüşdə həlak oldu.[10]
Əfşar ordusu döyüş meydanında 1500 tüfəng, üç top və digər döyüş sursatı qoyub qaçmışdı. İbrahim xan ordusunun üçdə birini, 30 topdan ibarət bütün artilleriyasını itirdi.{Sfn|Сотавов|2013|страницы=12}} Döyüşdə həlak olan İbrahim xanın cəsədi carlılar tərəfindən yandırıldı.[11]
Car Balakən ərazisində məğlubiyyət Nadir şahın imperiyasını bir qədər sarsıtdı. O, bütün səylərini Dağıstan xalqlarını cazalandırmağa yönəltməyə məcbur oldu.
1738-ci ilin sonlarında Qazıqumuxlu Murtuzəli Şamaxını tutdu və Surxay xanın silahdaşı Karat bəyi orada oturtdu. 1739-cu ilin yazının əvvəllərində Xasublat Şamxal və Usmi Əhməd xan Nadirdən əmr aldılar. Nadir şah artıq onların ona xəyanət etdiklərini və İbrahim xana qarşı vuruşduqlarını bilmirdi. Onlara Surxayı və Murtuzəlini tutub onun yanına göndərməyi əmr etdi. Əmr icra olunmadı. Karat bəy sakitcə Dağıstana çəkildi. Sonra knyaz Şanşi Eristavi və Malaçilav Untukulskinin başçılıq etdiyi carlılar, dağıstanlılar və gürcülərin birləşmiş dəstələri ağır itkilərlə geri çəkilən əfşarlara ağır zərbə vurdular.
Qardaşının ölümü Nadir şahın qəzəbinə səbəb oldu. O, carlılardan və bütün dağıstanlılardan qisas alacağına and içdi. Ancaq sonrakı bir neçə ili uzun səfərlərə sərf etdi. Yalnız 1741-ci ildə dağlılardan qisas almaq üçün Nadir şah 100 minlik ordu ilə Dağıstana yürüşə çıxdı. Bu onun Dağıstana üçüncü səfəri oldu. Onun bölgəyə 1734-cü ildə Birinci yürüşü, 1736-cı ildə İkinci yürüşü baş tutmuşdu. Üçüncü yürüş isə 1741-1745-ci illəri əhatə etdi.[12]
Türkistanın fəthindən sonra onun Nadir şahın qarşısında dayanan əsas məsələlərdən biri də Dağıstana yürüş etmək idi. Bu yürüşün planlaşdırılmasında Nadir şahın əsas məqsədi həm də Dağıstanı tam tabe etmək idi. Buranın təbii-coğrafi şəraiti, əhalinin dağınıq və yüksək dağlıq ərazidə yaşaması, idarəçiliyin çətinliyi, Dağıstanın tam nəzarət altına gətirilməsini xeyli mürəkkəbləşdirirdi. 1741-ci il mart ayının 14-də Nadir şah qoşunları ilə Məşhəddən Dağıstana doğru istiqamət götürdü.[13] Dağıstan yürüşündə iştirak etmiş həkim Bazen Nadir şah qoşunlarının 150 minə yaxın olduğunu qeyd edir. Nadir şah Qəbələdən sonra Şahdağı adlamaqla Qumıxa yollandı və bir ay orada qaldı. Qumıxda olarkən Xaspolad xan Şamxal, Surxay xan Qumıx və Əhməd xan Usmi Qaraqaytaq Dağıstan əyanlarının müşayiəti ilə Nadir şahın hüzuruna gəldilər. Nadir şah onları ehtiramla qarşıladı, itaət göstərmələrini qəbul etdi və onlara qiymətli hədiyyələr verdi.
Lakin Nadir şahın 20 min dağıstanlını öz ordusuna cəlb etmək və digərlərini də İrana köçürmək qərarı yerli əhali arasında ona qarşı müqaviməti gücləndirdi.[14] Müqavimətin yatırılması üçün Nadir şah qoşunları da sərt tədbirlərə əl atdılar. Qoşunlar dəstələrə bölünərək dağlar qoynunda yerləşən məntəqələrdəki müqavimət ocaqlarının yatırılmasına göndərildi. Ləzgi dəstələrinin yerləşdikləri bir çox kəndlər alınsa da, bir çoxlarında sərt müqavimət təşkil olundu. İş o yerə gəlib çatdı ki, Nadir şahın düşərgə saldığı Qazıqumux əhalisi də dəstələr təşkil edib dağlara çəkildi və imkan yaranan kimi Nadir şah qoşunlarına zərbələr endirdilər.
1741-ci il sentyabr ayının 12-də Nadir şah Avar dəstələrinin zərərsizləşdirilməsi üçün Qazıqumıxdan Avaristana doğru hərəkətə başladı. Bu, da, Avarların burada böyük dəstə toplamasıyla bağlı idi. Burada Əndəlal ərazisində dağlı xalqları ilə Nadir şahın ordusu arasında döyüş baş verdi. Tarixə Əndəlal döyüşü kimi düşən qarşıdurma şah ordusunun məğlubiyyəti ilə bitdi.
Havanın soyuqlaşması, dağların qarla örtülməsi Nadir şahı məcbur etdi ki, geri dönsün və Dərbənd ətrafında düşərgə salsın. Qoşun yüklərini və qüvvələrin bir hissəsini orada saxlayan Nadir şah bir dəstə ilə Qaraqaytaqa yollandı. Çox güman ki, Qaraqaytaqda da güclü silahlı dəstə toplanmışdı və onların fəallığı Nadir şahı narahat edirdi. Nadir şah Əfşar Qaraqytaqdan uğurla döndükdən sonra qışın bitməsini gözləyir və Dərbəndə çəkilir.
1742-ci il may ayının sonunda Nadir şah Tabasaranda toplanan silahlı müxalifət dəstələrinin zərərsizləşdirilməsini qərara aldı. Havaların kifayət qədər istiləşməsi, dağlarda qarların əriməsi Tabasarana doğru irəliləməyə imkan verdi. Bu hücumun qarşısının alınması üçün tabasaranlılar 30 minlik qoşun dəstəsi təşkil edib Tabasarana aparan dərənin başlanğıcında yerləşdirdilər. Tabasaran dəstələri dərəyə Nadir şah dəstələrindən daha tez yetişdilər və ona görə də onlar oradakı hakim yüksəkliklərdə əlverişli mövqelər tutdular. Bir tərəfdən say üstünlüyü və əraziyə yaxşı bələd olmaları, digər tərəfdən də hakim yüksəkliklərdə mövqe tutulması tabasaranlılara imkan verdi ki, Nadir şahın öncə göndərdiyi dəstələrə qarşı ciddi müqavimət göstərsinlər. Nadir şah ordusunun bütün səylərinə baxmayaraq tabasaranlıların müqavimətini qırmaq mümkün olmadı.[15] Şiddətlənən döyüşdə Əfşar ordusunun vəziyyəti böhran halı alanda Nadir şahın rəhbərliyi altında olan qoşun dəstəsi ora yetişdi. Onun gəlişi ilə tabasaranlıların sırası pərən-pərən oldu və onlar geri çəkildilər.[16]
Nadir şah Tabasarana toplaşan silahlılara üstün gələndən sonra həmin məntəqənin giriş çıxış yollarını və hakim yüksəkliklərini nəzarət altına götürdü. Tabasaran döyüşündən az sonra ona xəbər verildi ki, yaxınlıqdakı məntəqələrin birində ləzgi silahlı dəstələri toplaşıb. Onların sayı 60 min idi. Mənbələr təsdiq edirlər ki, dağıstanlılar da kifayət qədər əzmkarlıqla vuruşdular. Yalnız hava qaralandan sonra onlar dağ yüksəkliklərində qurduqları səngərlərə çəkildilər. Səhər açılan kimi Nadir şah dəstələrinə dağıstanlıların mövqelərini əhatə etmək tapşırığı verdi. Nadir şah döyüşçüləri və sərkərdələri verilmiş bu tapşırığın öhdəsindən bacarıqla gəldilər və qısa müddətdən sonra Dağıstan silahlıları özlərini mühasirədə gördülər. Belə olanda onlar müqaviməti dayandırıb mövqelərini tərk etdilər.[17]
Amma döyüş hələ bitməmişdi. Dağıstanın nüfuzlu əyanlarından olan Usmi Əhməd xan Nadir şaha itaətdən üz döndərdikdən sonra nüfuz dairəsində olan silahlıları da Nadir şaha qarşı döyüşlərə cəlb etdi. Nadir şah bir sıra Dağıstan tayfalarının silahlı dəstələrinin müqavimətini qırdıqdan sonra Usmi Əhməd xanın sığındığı qalanın da ələ keçirilməsinə qərar verdi. Qüreyş qalası Nadir şah döyüşçülərinin əlinə keçdi. Üsmi Əhməd xan isə qaçmaqla canını qurtara bildi.[18][19][20]
Döyüşlərin son dərəcə ağır və ləng getməsinə baxmayaraq Nadir şah, Avaristan istisna olmaqla Dağıstanın böyük bir hissəsini tabe etdi. 1742-ci ilin oktyabrında Samurçay ətrafında məskunlaşan və Nadir şaha itaətini bəyan edən camaatların başçıları da Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldülər.[21]