Ərəb ölkələrində qadın hüquqları

1880-ci illərdə Əlcəzairli üç qadın. Uzanmış qadın siqaret çəkir.

Ərəb ölkələrində — qadınlara hansı hüquqların verilməsi ilə bağlı 2013-cü ildə aparılan sorğunun nəticəsində əksər ölkələrdə qadın hüquqlarının olduqca məhdudlaşdırıldığı aşkar olunmuşdur. Sorğunun əsas məqsədi – qadına qarşı şiddət, ailədə qadına münasibət, onların cəmiyyətə inteqrasiyası, siyasətdə rolu, sosial sahədə fəaliyyəti haqqında məruzə hazırlamaq idi.[1]

Misirdə cinsi zorakılıq, istismar, iş yerlərində qadınların narahat edilməsi, insan alveri kimi mənfi halların qarşısının alınması üçün heç bir qanun işləmir. Qadın və qızların 99,3%-i cinsi istismara məruz qalır[2]. Ortayaşlı nəslin 63%-i savadlıdır yəni yazıb oxumağı bilir[3].

Iraqda 2003-cü ildə ABŞ-nin hərbi müdaxiləsindən sonra qadınların vəziyyətində, statusunda ciddi tənəzzül, geriləmə özünü göstərdi. Kütləvi şəkildə didərgin düşmək qadın alveri və cinsi zorakılığı daha da tətiklədi. Iraqın cinayət kodeksinə görə həyat yoldaşını öldürən kişi ölüm cəzasına məhkum olmur yalnız 3 il azadlıqdan məhrum edilir. Didərgin düşmüş minlərlə qadın qonşu ölkələrdə (Suriya, İordaniya, BƏƏ) əxlaqsızlıq etməyə məcbur edilirlər.iraqda 1,5 milyondan çox qadın duldur.

Səudiyyə Ərəbistanında

[redaktə | mənbəni redaktə et]

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq 2015-ci ildə bələdiyyə seçkilərində səs verə bildilər. Bu ölkədə maşın sürmək qadağan olunub. Qadınlar himayəsində olduqları kişinin (ata, həyat yoldaşı) razılığı ilə təhsil ala bilər, , tibbi nəzarətdən keçə bilər, evindən çıxıb harasa gedə bilər[4].

Suriyada müharibənin təsiri nəticəsində kütləvi şəkildə öz yurdundan didərgin düşmək həm Suriyanın daxilində, həm sərhədlər xaricində milyonlarla qadın və qızların cinsi zorakılıq və qadın alverinə məruz qalmaqlarına səbəb olub (BMT-nin məlumatına əsasən). Iqtisadiyyat və səhiyyə sistemində geriləmə birbaşa qadınlara təsir göstərir[5]. Suriyada 12 yaşdan aşağı qızlar qaçqın düşərgələrində ailə qurublar. Suriyanın insan hüquqları üzrə şəbəkəsinin məlumatına görə müharibə dövründə 4000-dən çox təcavüz faktı və digər cinsi zədələr haqqında məlumatlar qeydə alınmışdır[6].

Yəməndə 2011-ci Ərəb baharından bəri qadınlar öz hüquqları uğrunda mübarizəyə başlayıblar. Burada qızların nikaha daxil olma yaşı qanunla müəyyən olunmayıb. Qızların 53%-inin ibtidai təhsili var. Ailə daxili şiddətlə mübarizədə effektiv qanun yoxdur.

Livanda qadınların oğurlanması, təcavüzə uğraması, məşğulluqla bağlı qanunlarda qadınlara qarşı ayrı-seçkiliyin olması, vərəsəlik məsələsində ikitirəliyin olması geniş yayılıb. Livanda iş yerlərində cinsi narahatlığın qadağan olunması ilə bağlı heçbir qanun yoxdur. Hər iki livanlı qadından biri savadsızdır. Livanlı qadın öz uşaqlarına və xarici həyat yoldaşına livan vətəndaşlığının verilməsində heç bir rola malik deyil.

Fələstin ərazisində qadınlar yoxsulluq, işsizlik, zorakılıqdan əziyyət çəkirlər. Qadınların yaınız 17%-i işləyir. 2011-ci ilin məlumatına əsasən qadınların 51%-i ailədaxili şiddətə məruz qalırdı. Fələstin və bir çox ərəb ölkəsində geniş yayılan qətllərdən biri – bir ailə üzvünün ya sosial qrupun digər üzvlər tərəfindən öldürülməsidir. Bu yolla Xüsusilə qadın və homoseksuallar qətlə yetirilir. 2013-cü ilin ilk 9 ayında 25 bucür qətl törədilmişdir.

Bəhreyndə dini məhkəmələrdə nikah, boşanma, vərəsəlik, uşaqların analara verilməsi ilə bağlı qərarlar şəriətə uyğun aparılır. Digər ərəb ölkələrində olduğu kimi burada da ailə daxili şiddətə bərabər götürülür. Ilk dəfə 2002-ci ildə qadınlara seçkilərdə iştirak etmək və səs vermək hüququ verilmişdir. Cinayət kodeksinə əsasən kişi təcavüz etdiyi qadınıa evləndiyi halda o cəzalandırılmır.

Birləşmiş Ərəb Əmirliklərində

[redaktə | mənbəni redaktə et]

BƏƏ-də qadınların təhsil və səhiyyə xidmətlərindən istifadə etmək hüququ var. Buna baxmayaraq ənənəvi gender problemi özünü göstərir. Qadınlar iş yerlərində narahat edilirlər və müvafiq orqana bu barədə məlumat verdikdə həmin qadın həbs oluna bilər. Qanun kişilərin qadınlara fiziki baxımdan əziyyət verməsinə icazə verir. Siyasətdə qadınların sıxışdırılmadığın göstərən fakt odur ki, Federal milli şuranın 22 üzvündən 4-ü qadındır.

Liviyada qadınların əsas problemləri sırasına yoxsulluq, təhsilin və təhlükəsizliyin olmaması daxildir. 2012-ci ildə 200 üzvlük Ali Milli Konqresə 33 qadın nümayəndə seçilmişdir. Qadınların nikaha daxil olma yaşı qanuni şəkildə 20 olsa da məhkəmədən xüsusi icazə alına bilər. Hərbçi və ekstremistlər tərəfindən cinsi zorakılıq və narahatlığa məruz qalırlar.

Mərakeşdə qadınların azadlıqları olsa da ailədaxili şiddət yenə də qalmaqdadır. Ekspertlərin dediyinə əsasən ailədaxili şiddətə qarşı qanun yoxdur. 2008-ci ilin ilk 3 ayında qadınlara qarşı 17.000 zorakılıq insidenti aşkar edilmişdir. 15 və 49 yaş arası qadınların 44%-i yazıb oxumağı bilir. Ölkənin cinayət kodeksinə əsasən həyat yoldaşını tərk edən qadını gizlədən şəxs cinayət məsuliyyətinə cəlb olunur.

Əlcəzair iş yerlərində və siyasi sahədə qadınlara qarşı ayrı seçkiliyinə görə mənfi qiymətləndirilən ölkələrdəndir. Ailədaxili zorakılığa qarşı heç bir qanun işləmir. Əlcəzairdə qadınların 16%-i işləyir.

Tunis qadınlara hüquq verilməsi baxımından ərəb dünyasının ən inkişaf etmiş ölkəsidir. 1965-ci ildən başlayaraq qadınların abort etmə hüququ var və xarici həyat yoldaşlarına vətəndaşlıq verilə bilər. 2011-ci ildə 217 üzvdən ibarət Seçki Şurasına 61 qadın üzv seçilmişdir. Analıq məzuniyyətinə çıxdıqda tam əmək haqlarının 67%-ni alırlar.

Qətər qadınları biznes və ali təhsil sahəsində çox fəal olsalar da ənənəvi gender rollar özünü göstərir. Zina qeyri qanuni hesab olunur. hər il təxminən 100 qadın nikahdan kənar uşaqları olduğuna görə həbs edilirlər. Qadınların 51%-i işləyir. 2011-ci ilin oktyabrında insan alverinə qarşı qanun qəbul olundu.

Iordaniya inkişafda olan ölkə olsa belə ailə və ya icma daxili qanunlar ilə qadınların öldürülməsinə görə 2-ci yerdədir. 2012-ci ildə 10 bucür qətl məsələsi məhkəməyə çıxarılmış və 24 qadın himayəyə alınmışdır. 2012-ci ildə Ailə Müdafiə Departamentinə cinsi istismarla bağlı 681 fakt haqqında məlumat verilmişdir. 2003-cü ildə qəbul olunan qanuna əsasən qadınlar həyat yoldaşlarının razılığı olmadan xarici passport ala bilərlər.

Küveyt təhsil və vərəsəlik məsələsində öndə gedən ölkələrdəndir, lakin xarici qadın işçilərə münasibətdə sosial himayə güclü deyil. Ailədaxili şiddətə məruz qalan qadınları müdafiə edən qanun yoxdur və şiddətə məruz qalan qadınlar üçün heç bir sığınacaq yeri də yoxdur. Qızların nikaha daxil olma yaşı qanuni olaraq 15-dir.

Omanda qadınlar digər ərəb ölkələri ilə müqayisədə sosial himayədən faydalanırlar. Buna baxmayaraq iş yerində ayrı seçkiliyə məruz qalırlar, zorakılıq istismar kimi hallarla üzləşirlər.2010-cu ildə 227 kişi qadınlara təcavüz etdiklərinə görə məsuliyyətə cəlb olunmuşdular. 2011-ci ilin dekabr ayında müvəqqəti şuranın 192 yerindən 4-ünə qadınlar seçilmişdi. Xarici həyat yoldaşlarına və ya xaricdə doğulan uşaqlarına vətəndaşlıq ötürə bilməzlər.

  1. "Arxivlənmiş surət". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  2. "Arxivlənmiş surət". 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  3. "Arxivlənmiş surət". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  4. "Arxivlənmiş surət". 2017-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  5. "Arxivlənmiş surət" (PDF). 2020-11-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.
  6. "Arxivlənmiş surət". 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.