Ərəb dilinin Əlcəzair dialekti (ərəb. الدارجة الجزائرية) və ya darci (الدارجة; mənası – "gündəlik ləhcə")[3] — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür.[4]
Ərəb dilinin Əlcəzair dialekti | |
---|---|
Orijinal adı | دزيرية |
Ölkə | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | ərəb əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | arq |
Ethnologue | arq |
IETF | arq |
Glottolog | alge1239 |
Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır.[5] Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.