Ərəb dilinin Nəcd dialekti

Ərəb dilinin Nəcd dialekti (ərəb. اللهجة النجدية‎; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir.[5] Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır.[6]

Ərəb dilinin Nəcd dialekti
Ölkələr
Təsnifatı
afroasiya dilləri[d]
sami dilləri
ərəb dili
ərəb dilinin Ərəbistan dialekti[d]
Ərəb dilinin Nəcd dialekti
Yazı ərəb əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 ars
Ethnologue ars
IETF ars
Glottolog najd1235

İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər.[7] Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir.[7]

  1. 1 2 ScriptSource - Iraq.
  2. 1 2 ScriptSource - Jordan.
  3. 1 2 ScriptSource - Saudi Arabia.
  4. 1 2 ScriptSource - Syria.
  5. В. В. Озолинг. Саудовская Аравия: справочник. Наука. 1980. 40.
  6. "Arabic, Najdi Spoken" (ingilis). Ethnologue. 2015-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
  7. 1 2 А. Г. Белова, 1994