Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır.
Ərəfsə körpüsü | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Ərəfsə |
Aidiyyatı | Səfəvilər |
Tikilmə tarixi | XVI-XVII əsrlər |
Üslubu | Azərbaycan memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
Kateqoriya | Körpü |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir.
1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur.
Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir.
Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur.
Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir. Körpünün eni isə 7 metrdir.