Ərdəşir Mirzə Qovanlı-Qacar (d. 2 sentyabr 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası - ö. 1920-ci ildən sonra, ?) — Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacarın ailəsində dünyaya gəlmiş Qacar şahzadəsi. Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşa şəhərinin polis idarəsinin işçisi və qəza pristavı kimi fəaliyyət göstərmişdir.[1][2]
Ərdəşir Mirzə Qovanlı-Qacar | |
---|---|
Ərdəşir Mirzə Bəhmən Mirzə oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 1920-ci ildən sonra |
Vətəndaşlığı | Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Atası | Bəhmən mirzə Qovanlı-Qacar |
Milliyyəti | Azərbaycanlı |
Dini | Şiə müsəlman |
Fəaliyyəti | Polis priztavı |
Tanınır | Qacar sülaləsinə mənsubluğu |
Şahzadə Ərdəşir Mirzə Qacar 2 sentyabr 1875-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində dünyaya gəlmişdir.[3] Onun atası bir zamanlar Cənubi Azərbaycanın general-qubernatoru olmuş, Abbas Mirzə oğlu Bəhmən Mirzə Qacar, anası isə Bərdə xanım olmuşdur. Dini etiqad baxımından müsəlman olmuşdur.[3] İlk təhsilini xüsusi şəkildə evdə almışdır. Ərdəşir Mirzə Bəhmən Mirzənin 63 övladından ən kiçiyi idi. O, həmçinin 1872-ci ildə Şuşada dünyaya gələn Bəhmən Mirzənin ən böyük nəvəsi Feyzulla Mirzədən də yaş etibarilə kiçik idi.[4] Şuşa qəza rəsinin 11 avqust 1908-ci il tarixli qərarı ilə Ərdəşir Mirzə 2-ci kateqoriyaya təyin edilməklə Şuşa qəza poliş şöbəsinin kargüzarlıq bölməsində həqiqi dövlət qulluqçusu kimi işə qəbul edilmişdir.[5] 1909-cu ilin martına qədər, xidmətin rəsmi siyahısında onun heç bir nişanəsi yoxdur və "işinə uyğun olaraq alındı" deyə qeyd edilmişdir.[5][1]
Yelizavetpol qubernatorunun 18 aprel 1912-ci il tarixli 76 saylı əmri ilə Şuşa qəza rəisinin müraciət və vəsatətinə əsasən Ərdəşir-Mirzə Şuşa qəza polis idarəsinə tərcüməçi təyin edilmişdir. 27 may 1914-cü ildə o, Kirə, Fingə və Sarıbaba yaylaqlarında yaşayan Şuşa köçərilərinin rəhbəri təyin edilmişdir. 21 may 1916-cı ildə isə, o, Qırx-Qız və Meydan yaylaqlarındakı köçərilərinin rəhbəri vəzifəsinə təyinat almışdır.[6][1]
1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edildi. Bundan sonra Ərdəşir Mirzə Şuşa şəhərinin I hissəsinin polis pristavı, 1920-ci ildə isə şəhərin ikinci hissəsinin polis pristavı vəzifəsinə təyinat alır. Bu zaman Şuşa qəzası Qarabağ general-qubernatorluğunun bir hissəsi idi və bundan başqa bu qubernatorluğa Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları da daxil idi.[6][1]
Azərbaycan Respublikası Dövlət Tarix Arxivində Şuşa Rayon Polis Şöbəsinin kargüzarı şahzadə Ərdəşir Mirzənin 1909-cu il martın 26-da tərtib edilmiş xidməti qeydlərinin siyahısı qorunub saxlanılmışdır.[3]
Şahzadə Bəhmən Mirzə 11 oktyabr 1810-cu ildə Tehranda anadan olmuş, 11 fevral 1884-cü ildə Şuşada vəfat etmişdir. O, vəliəhd şahzadə Abbas Mirzənin dördüncü oğlu idi. Anası isə Ayşə (Cahan) Xanım Dəvəli olmuşdur. O, həmçinin şah Məhəmməd Qacarın kiçik qardaşıdır. 1831-1834-cü ildə Ərdəbilin, 1834-cü ildə Tehranın canışını və sipəhsəları olmuş, 1836-1841-ci illərdə Borucerdin, Luristanın və Həmədanın qubernatoru (bəylərbəyi) olmuşdur. 1842-1847-ci illərdə Azərbaycanın valisi və Təbrizin hakimi olmuşdur. Anası isə Kuçek Bərdə Xanımdan idi və doğma bacı-qardaşları bunlar idi:
Ümumiyyətlə, onun ailəsindən Rusiya İmperator Ordusunda, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda, İran ordusunda xidmət edən xeyli sayda hərbçi çıxmış və xeyli sayda şəxs general rüstəbisə qədər yüksəlməyi bacarmışdır. Ərdəşir Mirzə Qacarın bir neçə general qardaşı Gəncə üsyanı zamanı öldürülmüşdür.