Ərtoğrul Apakan

Ərtoğrul Apakan (25 sentyabr, 1947) — türk diplomatı. Türkiyənin BMT-dəki daimi nümayəndəsi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ukraynadakı Xüsusi müşahidə missiyasının baş müşahidəçisi vəzifələrində çalışıb.

Ərtoğrul Apakan
Doğum tarixi 25 sentyabr 1947(1947-09-25) (77 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, politoloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfir Apakanın uzunmüddətli diplomatik karyerası olub, son olaraq Türkiyənin BMT-dəki daimi nümayəndəsi (2009-2012) və Türkiyə Xarici İşlər Nazirliyində müşavir (2006-2009) vəzifələrində çalışıb.

Ertoğrul Apakan 1947-ci ildə Türkiyənin İzmir şəhərinin Bornova vilayətində anadan olub. 1965-ci ildə Bornova Anadolu Liseyini, 1969-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakultəsini bitirib. 1970-ci ildə Egey Universitetində İqtisadiyyat üzrə magistr təhsilini tamamlayıb.

Siyasi həyatı

[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. Bir çox diplomatik vəzifələrdən sonra 1996-2000-ci illərdə Şimali Kipr Türk Respublikasında səfir olub. 2000-2004-cü illərdə Kipr-Yunanıstan Dənizçilik və Aviasiya Baş İdarəsində, 2006-2009-cu illərdə Türkiyə Xarici İşlər Nazirliyinində müşavir vəzifələrində çalışıb.

Apakan 2009-cu ildə BMT-nin Daimi Nümayəndəsi vəzifəsinə təyin edilib və bu vəzifədə 25 sentyabr 2012-ci ilədək çalışıb. O, 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Komitəsinə sədrlik edib[1] və Şimali Koreya Sanksiya Komitəsinin sədri vəzifələrində çalışıb. Həmçinin 2012-2020-ci illər arasında Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Məsləhət Şurasının üzvü olub və bir müddət idarə heyətinin sədri vəzifəsində çalışıb. Avrasiya Araşdırmaları Mərkəzinin Məsləhət Şurasının üzvüdür. Ərtoğrul Apakan həmçinin 2 aprel 2014-cü ildən 2019-cu il iyunun 1-dək ATƏT-in Ukraynadakı Xüsusi Müşahidə Missiyasının rəhbəri vəzifəsində çalışıb.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]