Əsəd bəyin əzabları (film, 2013)

Əsəd bəyin əzablarıMəhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir.[1]

Əsəd bəyin əzabları
Rejissor Ralf Marschallek
Baş rolda Nuridə Atəşi
Bölüm sayı İki
Texniki məlumatlar 104 dəqiqə
Çəkiliş yeri Almaniya Federativ Respublikası, Avstriya, İtaliya, Azərbaycan Respublikası

Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib.

Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub.[1]

İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.

Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib.

Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir.[2]

2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib.

Premyeraya İtaliya, AvstriyaAlmaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar.

Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər. Premyerada iştirak edən Almaniya (Berlin) Jurnalistlər Birliyinin sədri Bernd Lammel Əsəd bəyi Almaniya və Azərbaycan arasında ilk mədəniyyət körpüsünün qurucusu adlandırıb, bu böyük yazarın dünya ədəbiyyatında, eləcə də alman və Azərbaycan ədəbiyyatında əhəmiyyətli yeri olduğunu xüsusi vurğulayıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]