Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır.
Əshabi-Kəhf (ziyarətgah) | |
---|---|
Yerləşməsi | |
39°13′13″ şm. e. 45°35′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | |
|
Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
Quranın 18-ci "Əl-kəhf" surəsində bu barədə maraqlı məlumat verilmişdir. Həmin surədə deyilir: "Ey peyğəmbərimiz! Sən fikirləşirsən ki, Əshab-i Kohf və Rəqim hekayəsi bizim bu qədər qüdrətli hikmətlərimiz müqabilində təəccüblü hadisədir? O vaxt ki, Kəhf cavanlan düşmənin qorxusundan dağ mağarasında gizləndilər və Allahdan xahiş etdilər ki, İlahi, sən bizim haqqımızda rəhmə əta eylə, bizə bir kamil yol göstər. Biz haman mağarada onlan bir neçə il bihuş etdikdən sonra yuxudan oyatdıq ki, görək onlar, neçə vaxt mağarada olduqları və yuxuya getdiklərini bilə biləcəklərmi?… Onlar cəvan-mərdlər idi ki, öz Allahlarına iman gətirdilər. Biz (lütfümüz ilə) onlara düzgün yol göstərdik, onların (təmiz) ürəklərində (Allaha iman və məhəbbət) əlaqələrini möhkəmləndirdik. Onlar (bütpərəstlər və kafirlər) arasında qiyam edib dedilər: "Bizim Allahımız yeri, göyləri yaradandır və biz o tək Allahdan başqa heç kəsi Allahlığa qəbul etmirik. Əgər biz bütpərəstlər kimi fikirləşsək, çox ağır xətaya yol vermiş olarıq…". Maraqlıdır ki, miladdan əvvəl 18-ci əsrdən miladın 2-ci əsrinə qədər olan müxtəlif xarakterli hekayələrin məcmusundan ibarət olan Tövratda Əshab-i Kəhf barədə məlumat verilmişdir.
1664-cü ildə Təbrizdə olmuş fransız səyyahı və taciri Şarden yazır: "Azərbaycanın maliyyə naziri Mirzə Tahir mənə dedi: "Tapılmış sikkələr arasında Midiyanın qədim şahları tərəfindən zərb edilmiş çoxlu qızıl və gümüş sikkə vardır". Mirzə Tahir həmin sikkələr üzərində yunan hərflərilə yazılar və təsvirlər olduğunu söylədi. Onun dediyinə görə "Dəqyanus" sözü həmin sikkələr üzərində zərb edilmişdir. O, Dəqyanus sözü haqqında məlumat verməyi məndən xahiş etdi. Mən cavabında dedim İri, heç vaxt belə bir ada rast gəlməmişəm. Lakin, hər halda bu, Daranın adı ola bilər". Qeyd etmək lazımdır ki, I Dara miladdan əvvəl 522–486-cı illərdə hökmranlıq etmişdir. Bəs Dəqyanus kim idi? Azərbaycanın bəzi tarixçiləri iddia edirlər ki, miladi 284–305-ci illər arasında Roma hökmdarından olmuş Diokletian Qay Avreli ola bilər. Çünki o, xristianları sıxışdırmağa başlamışdı. Lakin apardığımız axtarışlar nəticəsində məlum olmuşdur ki, Dəqyanus təqribən miladi 200–251-ci illər arasında yaşamış və miladi 249-cu ildən Roma imperatoru olmuş Desi Qay Mcssi Kvin Trayandır. Desi həqiqətən imperiya ərazisinin hər yerində ilk dəfə xristianları təqib etməyə başlamışdır. Nəhayət, 251-ci ildə qatlarla, yəni qədim German tayfaları ilə vuruşmada həlak olmuşdur. Yeniyetmə cavanmərdlər həmin imperatorun zülmündən və təqibindən yaxa qurtarmaq üçün qaçıb Naxçıvandakı mağarada sığınacaq tapmışdılar. Quranın "Əshab-i Kəhf" surəsində Makedoniyalı İskəndərin (miladdan qabaq 336–323-cü illərdə hökmranlıq etmişdir) Dərbənddə dəmir qapı saldırması hadisəsi Əshab-i Kəhf hadisəsindən sonra şərh edilmişdir. Bundan başqa, həmin hadisə Tövratda da qeyd edilmişdir. Deməli, cavan mərdlər mağaraya islamiyyət dövründə deyil, Məhəmməd peyğəmbər anadan olandan təqribən 320 il qabaq sığınmışdılar. Quranda qeyd edildiyi kimi, onların 300 il mağarada yuxuya getmələrini nəzərə alsaq, mərd cavanlar Məhəmməd peyğəmbər anadan olandan 11 il qabaq Allah tərəfindən behiştə aparılmışlar. Əshab-i Kəhf mağarasında üzərində gözəl nəstəliq xəttilə, ərəb dilində yazı həkk edilmiş daş qoyulmuşdur. Həmin daşın ortasında Qurandan "Əshab-i Kəhf" surəsinin bir neçə ayəsi eynilə köçürülmüş, daşın ətrafında isə Naxçıvan hakimi, Kəngərli tayfasından olan Xuda- qulu xanın xələfi Şükrulla xan hicri 1190-cı il səfər ayında (mart, 1776-cı ildə) atası, Naxçıvan hakimi Xudaqulu xanın şərəfinə sözlər yazdırmışdır. Deməli, hələ 220 il bundan öncə Naxçıvan hakimi olmuş Şükrulla xan Əshab-i Kəhfın Naxçıvan şəhəri yaxınlığındakı mağarada olduğunu dəqiq bilirmiş. Daş üzərindəki ərəb dilində yazı ilk dəfə bizim Seyidağa Onullahi tərəfindən oxunmuşdur. Qəribədir ki, Türkiyə alimləri Əshab-i Kəhfin Anadolu ərazisində yerləşdiyini iddia edir və aldığımız məlumata görə bu barədə kitabça da buraxmışlar. Təəssüf ki, biz həmin kitabçanı əldə edə bilmədik. Lakin Quranda günəş çıxarkən mağaranın sağ tərəfindən, batarkən sol tərəfindən şüa salması, indi də haqqında bəhs etdiyimiz mağarada həmin vəziyyətin mövcud olması, 220 il bundan öncə həmin mağarada üzərində "Əshab-i Kəhf" surəsindən bir neçə ayənin ərəb dilində yazılıb həmin mağaraya qoyulması, mağaranın quruluşu, görünüşü – bütün deyilənlər bizə qəti fikir söyləməyə imkan verir ki, Əshab-i Kəhf Naxçıvan şəhəri yaxınlığındakı mağaradır.[1]