Əshabi-Kəhf mineral bulağı

Əshabi-Kəhf mineral bulağıCulfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs "Əshabi Kəhf (Culus) dağı" nın ətəyindədir.

Oradakı "təndirdən" (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır.

Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlınatriumlukalsiumludur. Rusiyadakı "Pyatiqorsk" (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10–15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır.

Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir.[1]

Coğrafi koordinatları

[redaktə | mənbəni redaktə et]

Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir.

Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.

İon tərkibinə görə bulağın suyu aşağıdakı kimi ifadə olunur:

Kimyəvi tərkibinə görə hidrokarbonatlı-xloridli-sulfatlı, natriumlu- kalsiumlu tiplidir.

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
  1. Əliyev F. Ş – Azərbaycan respublikasının yeraltı suları ehtiyatlarından istifadə və geoekoloji problemləri. Monoqrafiya , "Çaşıoğlu" , Bakı-2000, 325 s.
  2. Бабаев А. М – Минералние воды горно – складчатых областей Азербайджана. "Чашыоглу" , Баку-2000, 381 с.
  3. Тагиев И.И, Ибрагимова И.Ш, Бабаев А. М – Ресурсы минералъных и термалных вод Азербайджана. "Чашыоглу" , Баку-2001, 166 с.
  4. Səfərov A. V, Babayev N. İ – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, "ADNA" nəşri, Bakı-2006, 129 s.
  5. Əliquliyev R. İ, İsmayılova M. M – Hidrogeokimya və mineral sular. Dərs vəsaiti, "", Bakı-2006, 142 s.
  6. Aslanov A. D, Axundov V. C, Əhmədova O. M – Mineral və termal sular, "BDU" nəşriyyatı, Bakı-1997.