Verdiyev Əvəz Həşim oğlu (1916, Bakı – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Əvəz Verdiyev | |
---|---|
Əvəz Həşim oğlu Verdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1945 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Rütbə | Baş çavuş |
Döyüşlər | |
Təltifləri |
|
Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur[1]. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.
1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.
1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.
1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.
Laçında Əvəz Verdiyevə abidə qoyulmuş, şəhərin mərkəzi küçələrdən biri onun adını daşıyır.