Əxlaq statistikası

Əxlaq statistikası mənəviyyat statistikası — elmi fənn və praktiki biliklər sahəsi; obyekti qarşılıqlı əlaqəli statistik göstəricilər sisteminin hesablanması və təhlili metodu ilə insanın, ailənin və cəmiyyətin əxlaqi (mənəvi) vəziyyətini, iradə bəyanını və inkişafını səciyyələndirən kütləvi halların kəmiyyətcə müşahidəsi və ümumiləşdirilməsindən ibarətdir[1]. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir.

Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir[2] 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğumölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransaİngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi.

Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur[3]. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu[4][5]. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir[6].

Əxlaq statistikası dedikdə sosial-əxlaqi davranışın xüsusiyyətləri, etika, gender, qloballaşma, ədalətbərabərlik problemlərinin qarşılıqlı münasibətləri, ailədə mənəvi və cinsi tərbiyə, zorakılıq problemlərinin araşdırılması və digər sosial problemlər nəzərdə tutulur.

Əxlaq statistikasının banisi Adolf Ketle insanın yaxşı və pis cəhətlərini (pis irsiyyət, cinayətə, intihara meyillilik və s.) sosial fenomen kimi antropometrik metodlarla (özünəməxsus sosial fizika metodları ilə) öyrənməyə başlamış və bu da onların dəyişmə qanunauyğunluqlarını (ona qədər yalnız təsadüf kimi təsnif olunurdu) müəyyənləşdirməyə imkan vermişdi. İlk dəfə Ketle insanın çatışmazlıqlarını, pis meyillərini ictimai münasibətlərin qeyrimükəmməlliyinin, sosial quruluşun qüsurluluğunun nəticəsi kimi qiymətləndirməyə, əxlaqın onlardan birbaşa asılılığını göstərməyə başlamışdır[1].

Əxlaq statistikasının məqsədi əxlaqi (mənəvi) sahənin müsbət və mənfi göstəricilərini kompleks öyrənmək, onların öz aralarında və xarici dünya ilə qarşılıqlı əu sahənin insan cəmiyyətinin və ətraf mühitin inkişafına mümkün mənfi təsirini minimuma endirməkdir. Əxlaq statistikasının predmeti və məzmunu əxlaqın vəzifələri və strukturu, onun inkişaf tarixi ilə müəyyənləşir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əxlaq statistikasının göstəricilər sisteminə aşağıdakılar daxildir: insanların məskunlaşma mühitinin ilkin şərtləri və standartları, şəxsiyyətin yaradıcı inkişafını təmin edən elm, səhiyyə və mədəniyyətin optimal inkişafı, onun hüquq və azadlıqlarına riayət olunması, məlumatları, bilikləri və elmi-texniki innovasiyaları açıq şəkildə əldə etmək; cəmiyyətin demokratikləşmə səviyyəsi, onun mənəvi əsasları, dövlət quruluşunun davamlılığı və effektivliyi, sosial standartlar; əhalinin təkrar istehsalının – onun doğum sayı, ölüm sayı, sağlamlığı, miqrasiyası və s.-nin ilkin şərtləri və standartları; əhalinin həyat səviyyəsinin məqbul standartlarına riayət olunması, onun sosial təminatı, anaların, uşaqların, əlillərin və təqaüdçülərin müdafiəsi, gəlirlərin yolverilən diferensiasiyası, şəxsi mülkiyyətin toxunulmazlığı, əxlaqi (mənəvi) standartlardan sistemli yayınmalar – hüquq pozuntuları və əxlaqsız hərəkətlər, insan hüquqlarının pozulması, zorakılıq və kütləvi cinayətkarlıq, intihar, korrupsiya, fahişəlik, uşaq alveri, alkoqolizminnarkomaniyanın artımı, cəmiyyətin marjinallaşması və s.[1].

Bəşəriyyət təkamülünün müxtəlif mərhələlərində əxlaq statistikası əxlaq sahəsində baş verən hadisələri müxtəlif cür – intibah və sosial inqilablar dövründə daha tam, inkvizisiyaböhranlar dövründə isə daha az əks etdirmişdir. Yalnız XX əsrin başlanğıcında, bütün dünyada insanın cəmiyyətdəki vəziyyətinin öyrənilməsinə, onun humanitar hüquq və azadlıqlarının müdafiəsinə böyük tələb yarandığı zaman əxlaq statistikasının mükəmməl metodları formalaşmağa başladı. İctimai rəyin öyrənilməsi, anket sorğuları və ekspertizaları, həmçinin monoqrafik araşdırmalardan (yoxlamalardan) ibarət metodlar sinfi Əxlaq statistikasının əsas müasir üsullarıdır[1].

Əxlaq statistikası məlumatlarının ilkin mənbələri mütəmadi işlənib-hazırlanan statistik hesabat materiallarından, ayrı-ayrı istiqamətlərdə isə (sosial təminat, insan hüquqlarının qorunması statistikası, hüquq pozuntularının, intiharların, korrupsiyanın statistikası, məhkəmə statistikası və s.) məlumatların və birdəfəlik yoxlamaların (məs., aliment ödəməkdən yayınan şəxsləri, məhbusları) gündəlik qeydiyyat materiallarından ibarətdir Əxlaqi və adət-ənənələrin formalaşması bir neçə ilin məhsulu kimi qiymətləndirilə bilməz. İnsan adətləri əsrlər, minilliklər boyu bərqərar olur. Müasir dövrün ən səciyyəvi cəhətlərindən biri odur ki, insani münasibətlərin dairəsi hədsiz dərəcədə genişlənmişdir. Dar standartlığı yeni, ahəngdar, geniş münasibətlər əvəz etməkdədir. Kompüterləşmə, kommunikasiya vasitələri, İnternet, radioteleviziya, nümayiş etdirilən filmlər, çap olunan kitabjurnallar müxtəlif ölkələr arasında mənəvi körpülər qurmuşdur. Mövcud əlaqələr insanların əxlaq və dünyagörüşünə birbaşa təsir göstərir[7].

  1. 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 2019. səh. 600.
  2. Graunt, J. (1662) Natural and Political Observations on the Bills of Mortality., London: John Martyn and James Allestry.
  3. Guerry, A.-M. (1833) Essai sur la statistique morale de la France. Crochard, Paris
  4. Fletcher, J. (1847). Moral and educational statistics of England and Wales. Journal of the Statistical Society of London, 10, 193–221. JSTOR 2338048 https://www.jstor.org/stable/2338048
  5. Fletcher, J. (1849). Moral and educational statistics of England and Wales. Journal of the Statistical Society of London, 12, 151–176, 189–335. JSTOR 2338222 https://www.jstor.org/stable/2338222 Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine
  6. МОРАЛЬНАЯ СТАТИСТИКА • Большая российская энциклопедия — электронная версия https://bigenc.ru/economics/text/2643238 Arxivləşdirilib 2020-08-10 at the Wayback Machine
  7. Ağayeva K. Etika və gender: sosial-əxlaqi davranışın təhlili. Bakı: "Sabah". 2007. səh. 196.