«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker)[8][9] — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu.
Stoker | |
---|---|
ing. Stoker | |
Janr | dram janrı |
Əsas mövzu | disfunksional ailə[d] |
Rejissor | Pak Çxan Uk |
Baş rollarda | |
Operator | Çun Çun Hun |
Bəstəkarlar | Klint Mansell, Filip Qlass[1] |
Distribütor | Searchlight Pictures[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 2013, 9 may 2013[7] |
Filmin növü | Bədii film |
Müddət | 99 dəq. |
Büdcə | 12 milyon $[2] |
Ölkələr |
ABŞ |
Dil | İngiliscə |
İl | 2013 |
Rəng | rəngli |
IMDb | ID1682180 |
Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır.
Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir. Lakin naməlum səbəblərdən o yoxa çıxır. İndia yeni dayısı tərəfindən ona himayədarlıq və dostluq etmək cəhdlərinə müqavimət göstərməyə davam edərkən, Evelin onunla daha da yaxınlaşır və bu yaxınlıq artıq intim əlaqələrə çevrilməyə başlayır. Daha sonra İndianın xalası Qvendolin onları görmək üçün evə qonaq gəlir. Evdə Çarlini görən Qvendolin, Evelini bu qərardan daşındırmağa və yeni qonağın bu evdə yaşamasının doğru olmadığını bildirməyə çalışır. Evelin onun xurafat hisslərinin əsassız olduğunu bildirir. Cinni xala qaldığı otelə gedərkən hər bir halda İndiaya öz mobil telefonunun nömrəsini verir.
Qvendolin Çarliyə əvvəlcə qaldığı otelin adını deyir, lakin sonradan açıqlana bilməyən qorxu hissi səbəbindən taksiyə minərək şəhərdəki digər otelə gedir. Lakin yolda öz mobil telefonunu itirdiyindən, Cinni otelin yanındakı taksofona girərək Stokerlərə zəng vurmağa çalışır. Cinni zəng edərkən taksofon kabinasından ona yaxınlaşan Çarlini görür. Çarli qadının onu aldatmasından dilxor olur, buna görə də onu küncə salır. O Qvendolini taksi xidməti vasitəsilə aşkar etdiyini bildirərək onun telefonunu qaytarır; daha sonra isə kəməri ilə boğaraq öldürür. Bu arada İndia dondurma yemək üçün evin zirzəmisinə düşür və burada o xanım MakQarrikin soyuducuda buzlamış bədənini tapır. O, Çarlinin qatil olduğunu anlayır.
Məktəbdə İndia özünün daxili aqressiyasını toplayaraq, ona təcavüz göstərən dələduz Kris Pittsə qələmlə zərbə yetirir. Bu başqa bir sinif yoldaşı, Vip Teylorun (Olden Erenrayx) diqqətini çəkir. Evə qayıdarkən, İndia Çarlinin anası ilə intim əlaqələrini görür və bundan bərk qəzəblənərək yaxınlıqdakı kafeyə üz tutur. Yolda İndiya Viplə rastlaşır. Vip və İndiya birlikdə meşəyə gedirlər və orada öpüşürlər və bu zaman İndia onu dodağından bərk dişləyir. Bundan şəhvətlənən Vip İndianı zorlamağa cəhd göstərir, ancaq hadisə yerinə tez gələn Çarli müdaxilə edərək onun ayaqlarını bağlayır. Oğlanın İndiadan əl çəkməyəcəyini anlayan Çarli ayağı ilə onun belini sıxaraq, kəmərlə onun boynunu sındırır. İndia daha sonra meşədə cəsədi basdırmaq üçün Çarliyə yardım edir. Qvendolinə zəng etməyə çalışarkən, İndia torpağın dərinliyindən zəng səsini eşidir və bu anda o, xalasının da Çarli tərəfindən öldürüldüyünü başa düşür. Evə gəldikdə, İndia duş qəbul edir və qətlin xatirəsi üçün masturbasiya ilə məşğul olur; o Çarlinin Vipin necə boynunu sındırdığını, hətta boğazın sındırıldığı an eşitdiyi səsi xatırlayaraq ekstaz hissi keçirir. Saxlamaq istədiyi əşyaları toplamaq üçün Riçardın ofisində keçərkən, İndiya ona ad günündə hədiyyə olunan və bu vaxtadək boynunda gəzdirdiyi açarın atasının masası üzərində yerləşən qapalı qutuya məxsus olduğunu anlayır. Qutunun içərisində, o Çarlinin səyahətləri haqqda ətraflı məlumat verən çoxlu məktublar aşkar edir. Lakin zərflərin arxasında göndərilmə ünvan olaraq ruhi xəstəxana qeyd olunmuşdu. İndia həqiqəti öyrənmək istəyir və Çarli ona hər şeyi izah edir: Riçardın onun kiçik qardaşı Conatana daha çox diqqət yetirdiyindən, o qısqanclıq hissləri ilə kiçik qardaşını diri-diri torpağa basdırır. Çarli daha sonralar bir neçə il ruhi xəstəxanada saxlanılır. İndianın 18 yaşı tamam olduqda, Riçard onun ailəsindən uzaq durmaq şərti ilə Çarliyə avtomobil, səxavətli pul məbləği və Nyu Yorkda mənzil hədiyyə edir. Özünü atılmış və xəyanət olunduğunu hiss edən Çarli böyük daş parçası ilə Riçardı qəddarcasına döyərək qətlə yetirir və onun avtomobilini qəzaya salır.
Əvvəlcə İndiya şok və təlatümə düşür. Lakin Şerif Hovardın (Ralf Braun) Vipin naməlum hadisələr nəticəsində yoxa çıxması haqqda İndiaya verdiyi suallar zamanı Çarli onun üçün uğurlu alibi təmin edir və bundan sonra filmdə göründüyü kimi, İndia onu bağışlayır. Onlar arasında yaşanan intim yaxınlığı Evelin şahid olur. Həmin günün axşamı Evelin soyuqqanlılıqla Riçardın ölümü haqqında həqiqəti öyrənir və bunu elə əvvəlcədən bildiyini elan edir. Çarli Evelini başdan çıxararaq onu boğmağa çalışır, lakin bu vaxt İndia özünün ovçu tüfəngi ilə ona atəş açır və qətlə yetirir. O, daha sonra arxa bağçada Çarlinin cəsədini torpağa basdırır və Nyu Yorka getmək üçün onun avtomobilini götürür.
Sürət həddini keçdiyindən şerif Hovard İndianın sürdüyü avtomobili saxlayaraq, onun tələsməsinin səbəbini öyrənməyə çalışır. İndia onun diqqətini cəlb etmək istədiyini deyərək, oturacaq üzərindəki qayçını onun boynuna soxur. Dəhşət içərisində qaçmağa çalışan şerifi İndiya təqib edir və tüfənglə gülləliyir.
Aktyor | Rol |
---|---|
Mia Vasikovska | İndia Stoker[10] |
Mettyu Qud | Çarli Stoker — İndianın dayısı[11] |
Nikol Kidman | Evelin «Evi» Stoker |
Dermot Malruni | Riçard Stoker[12] |
Ceki Uiver | Qvendolin «Cin» Stoker — İndianın xalası[13] |
Olden Eyrenrayk | Vip Teylor[14] |
Lukas Till | Kris Pitts[15] |
Fillis Sommervil | missis Makqarrik |
Jüdit Qodreş | doktor Jakin |
Ralf Braun | şerif Hovard |
Filmin çəkilişləri 2011-ci ilin sentyabr ayında Tennesi ştatının Neşvill şəhərində başladılmışdı[16]. Pak Çxan Uk filmin istehsal prosesini sürətləndirmək məqsədilə 40 gün ərzində çəkilişləri başa vurmağa məcbur olduğunu intervyuların birində bildirmişdi[17]. Çəkiliş meydanında rejissor ingilis dilli tərcüməçinin və eyni zamanda filmin birgə istehsalçısı olan Vonçjo Çonun köməyi ilə aktyorlar ilə ünsiyyət qururdu[18][19].
İl | Mükafat | Kateqoriya | Nominant | Nəticə |
---|---|---|---|---|
2014 | ||||
London Kino tənqidçilər birliyinin Mükafatı | İlin ən yaxşı texniki nailiyyəti | Kurt Svenson və Bart Müller (kostüm geyimlərinə görə) | gözlənilir | |
Mərkəzi Ohayo Kino tənqidçilər Assosiasiyası Mükafatı | Yayımlanan ən populyar film | Namizəd | ||
"Fangoria Chainsaw" Mükafatı | ||||
Məhdud sayda satışa buraxılmış ən yaxşı film/Direct-to-Video Filmi | gözlənilir | |||
Ən yaxşı ssenari müəllifi | Uentuort Miller | gözlənilir | ||
Ən yaxşı aktrisa | Mia Vasikovska | gözlənilir | ||
Ən yaxşı ikincidərəcəli kişi rolu üzrə | Mettyu Qud | gözlənilir | ||
Ən yaxşı ikincidərəcəli qadın rolu üzrə | ||||
Empayr Mükafatı | Mia Vasikovska | gözlənilir |
Böyük Britaniyada film 18 iyun 2013-cü ildə Blu-ray Disc və DVD formatında satışa çıxarılmışdı.