Əyri minarə (ərəb. منارة الحدباء) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir.
sünni islam | |
Əyri minarə | |
---|---|
Ölkə | |
Üslubu | islam memarlığı |
Dağılıb | 21 iyun 2017 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir.
Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb. Terror təşkilatı isə minarənin ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən partladıldığını bildirib.[1] Həmin zaman İraq hökuməti minarənin partladılmasında İŞİD-i ittihamlandırıb. Bu minarənin olduğu əl-Nuri məscidinin gündəmdə olmasının əsas səbəblərindən biri də, İŞİD terror təşkilatının lideri əbu-Bəkr əl-Bağdadinin ilk "xütbə"sini 2014-cü ilin iyulunda buradan etməsi və özünü məhz burada "xəlifə" adlandırması ilə bağlıdır. Mosuldakı Əl-Nuri məscidinin və minarənin yenidən qurulmasının təməl daşı 2018-ci il dekabrın 16-da UNESCO-nun yardımı və Birləşmiş Ərəb Əmirliklərinin maliyyəsi ilə qoyulub. Bərpa işlərinin beş il çəkəcəyi bu tarixi abidənin yenidən bərpasına 50 milyon ABŞ dollarının sərf ediləcəyi gözlənilir.