Əyyub qəbiristanlığı (Əyyub Sultan qəbiristanlığı olaraq da tanınır) — İstanbulun Əyyub ilçəsində, Haliç sahilində olan məzarlıq. Əyyub səmti kimi Əyyub qəbiristanlığı da adını, Əməvilərin VII əsrdə Konstantinopola (İstanbul) təşkil etdiyi müvəffəqiyyətsiz səfərində (674–678) İstanbul divarları qarşısında şəhid olan Əbu Əyyub əl-Ənsaridən alır. Əbu Əyyub əl-Ənsarinin türbəsinin burada mövcudluğu və xalqın ona yaxın basdırılma istəyi Əyyub qəbiristanlığının meydana gəlməsinə səbəb olmuşdur.[1]
Qəbiristanlıq | |
Əyyubsultan qəbiristanlığı | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Əyyubsultan |
41°03′08″ şm. e. 28°56′00″ ş. u. | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstanbuldakı ən böyük İslam qəbiristanlıqlarında biri olan Əyyub qəbiristanlığında padşahlar, sərəzəmlər, şeyhülislamlar, vəzirlər, sərkərdələr, xanım sultanlar, saray mənsubları, din, təsəvvüf, elm, fikir, sənət adamları, şairlər və xalqdan olan kəslər basdırılmışdır. Əyyub qəbiristanlığı Haliç sahillərindən, Qaryağdı çölündə, təpədəki sırtlara və oradan da Ədirnəqapı divarına çatmışdır. Ədirnəqapı ilə Alibəyköyə çatan yolların ətrafındakı məzar daşları da Əyyub qəbiristanlığının davamıdır. Haliç ətrafı ilə arxasında aparılan yol işləri və digər tikinti işləri buradakı məzarlara böyük zərər vermişdir.[2]
İstanbulun fəthindən dərhal sonra Əyyub qəbiristanlığında ölülərin basdırılması ilə məzar daşlarında cəmiyyətin düşüncə quruluşu ortaya çıxmışdır. Anadolu məzar daşlarındakı müxtəliflik, burada da diqqəti cəlb edir. Başlıbaşına bir sənət əsəri xüsusiyyətindəki bu daşlar ölünün şəxsiyyəti mövzusunda da məlumat verir.
XVIII əsrin sonlarında yeni mərmər ocaqlarının ixtirasıyla Əyyub qəbiristanlığında mərmərdən daha çox yararlanmağa başlanılmışdır. Osmanlı türbə arxitekturasına məxsus plan tipləri, üslub və bəzəmə burada tətbiq olunmuşdur. Qəbiristanlıqdakı açıq və bağlı türbələrdə, mərmər, daş və kərpic ilə birlikdə istifadə edilmiş çini, qələm işi, ştuk, və yazı da onları tamamlamışdır.
Əyyub qəbiristanlığında və yaxın ətrafında Abdurrahman Paşa, Adil Sultan, Alaeddin Ali Çələbi, Ayas Mehmed Paşa, Bulak Mustafa Paşa, Cəfər Paşa, Çifte Gəlinlər (Çiftə Gələnlər), dəftərdar Nazlı Mahmud Çələbi, Dukaginzad Mehmed Paşa, Əbud-Dərda, Hz Ədhəm, Fərhad Paşa, Feridun Əhməd Paşa, Şair Fıtnat Xanım, Hacı Bəşir Ağa, Hz Hafir, xəncərlə Sultan, Həsən Hüsnü Paşa, Xədicə Canan Xanım, Xubba Xatun, Xosrov Paşa, İzzət Əfəndi, Hz Kab, Qarabaş Əhməd Əfəndi, Kırımi Hüseyn Əfəndi, Lələ Mustafa Paşa, Lələ Hüseyn Paşa, Mahmud Ağa, Mahmud Cəlaləddin Əfəndi, Mehmed Çələbi, Mehrişah Validə Sultan, Mirimiran Mehmed Paşa, Nəqqaş Həsən Paşa, Pertev Mehmed Paşa, Siyavuş Paşa, Sokollu Mehmed Paşa, V. Mehmed (Rəşad), Şah Sultan, Şeyxülislam Uryanzadə Əhməd Əsəd Əfəndi və Zal Mahmud Paşa türbələri yerləşir.[2]
Fransız yazar Pierre Lotinin müxtəlif vaxtlarda gələrək qəhvə içdiyi deyilən qəhvəxanaya (Pierre Loti təpəsi) çıxan yoxuşun ətrafında tanınmış şəxslərin məzarları vardır. Yoxuşun dərhal başında, 1900-cü ildə cahan pəhlivanlığını qazanan, 1904-cü ildə də ölən Qara Əhmədin dəmir barmaqlıqlı məzarı vardır. Oxşar yol üzərində Kaşğari təkkəsi ətrafındakı qəbiristanlıqlarda da Türk musiqisinin böyük ustadı Zəkai Dədə Əfəndi, xəttat Kamil Əfəndi, Ədirnə tarixi yazarı Badi Əhməd Əfəndi, Marşal Fevzi Çaxmak basdırılmışdır.[3] Çaxmaq qəbirinin yaxınlığında Nəqşi şeyxi Kiçik Hüseyn Əfəndinin qəbiri yerləşir. Əyyub qəbiristanlığı Nəkşibəndilərin basdırıldığı bir yer olaraq köhnə istanbullular tərəfindən "Nəqşi tarlası" olaraq adlandırılırdı.[4]
Kaşğari təkkəsindən yuxarıda, Qaryağdı adıyla tanınan Bəktaşi təkkəsinə uzanan yolun iki yanında daha köhnəyə enən məzar daşlarıyla qarşılaşılır. Qoca Sinan türbəsi yaxınlığında Əyyub Sultan türbəsinin ilk türbədar və eyni zamanda II Bəyazidin taxta çıxmasında ona köməklik edən Şeyx Baba Yusuf Əfəndinin, Vəzir Sinan Paşa türbəsi yanında Hacı Abdullah Paşanın məzarı vardır. Digər tərəfdən Əyyub qəbiristanlığında dəfn müqəddəsliyi inancı yeni basdırılanlar üçün köhnə məzarların itməsi ilə nəticələnmişdir. Bu səbəblə də Əyyub qəbiristanlığında bir çox məşhur adamın məzarı dağılmış və ya itmişdir. Əbul-Fazil Alaəddin Əfəndinin məzarı yerinə başqaları basdırılmış, Şeyxülislam Sədi Sadullah Əfəndinin, Ali Quşçunun məzar daşları məscidin arxasında qırıq olaraq tapılmış və yerinə yerləşdirilmişdir.
Əyyub qəbiristanlığında aparılan araşdırmalar ortaya maraqlı tarixi sənəd xüsusiyyətində məzar daşlarını çıxarmışdır. Krımın paytaxtı Baxçasarayda basdırılmış olduğu düşünülən II Qazi Gərayın oğlu Dövlət Xanın məzar daşı Əyyub qəbiristanlığında tapılmışdır. Qəbiristanlığın maraqlı bir hissəsi isə tapılab cəllad məzarlığıdı. Cəllad xalq arasında yaxşı qarşılanmadığından bu işi edənlər ayrı bir qəbiristanlıqda dəfn edilirdilər. Buradakı məzar daşları olduqca qalın və insan böyüklüyündəki daşlardan düzəldilmişdir. Pier Loti yaxınlarındakı cəllad qəbiristanlığı bu gün tamamilə yox olmuşdur. Normal məzarlıqla bir-birinə qarışmış və çox sayda yeni dövr məzarları yaradılmışdır. Çox az tapılan cəllad məzarlarının bir çoxu yeni məzarların arasında qalmış, bəziləri isə yox olmuşdur.
Qəbiristanlığa mistik bir görünüş verən qəbiristanlığın böyük bir hissəsi, təbiətin pozuntusuna, kamulaştırmalara, gecəqondu istehsalında yox olmalarına, qırılmalarına, müasir məzarların onların yeri almalarına qarşılıq yenə də qorunmuşdur. Ən gözəl Haliç mənzərələrindən birinə sahib olan Pierre Loti təpəsilə Haliç sahili arasında uzanan Əyyub-Piyerloti kanat yolu qəbiristanlığın üzərindən keçir. 2005-ci ildə xidmətə verilən 384 metr uzunluğundakı xətt Maçka-Daşqışla kanat yolundan sonra İstanbulun ikinci böyük kanat yolu xətdidir.