II Qazi Gəray (1551 – mart 1608, Temrük) — Krım xanlığının hakimi, şair, bəstəkar.
II Qazi Gəray | |
---|---|
Doğum tarixi | 1551 |
Vəfat tarixi | mart 1608 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Uşaqları | |
Atası | I Dövlət Gəray |
Fəaliyyəti | bəstəkar |
Vikianbarda əlaqəli mediafayllar |
II Qazi Gəray I Dövlət Gərayın (1551–1577) oğludur. Birinci dəfə 1588-ci ildən 1596-cı ilədək, ikinci dəfə 1596-cı ildən 1607-ci ilədək Krım xanlığının hakimi olmuşdi. 1596-cı ildə I Fateh Gəray taxtı ələ keçirmişdi.
Böyük qardaşı Məhəmməd Gərayın hakimiyyəti (1577–1584) dönəmində tatarların başında Səfəvilər dövlətinə yürüş etmişdi.
1579-cu ildə Krım tatarları yenidən Şirvan üzərinə yürüş edirlər. Bu dəfə buranı viran etdikdən sonra geri qayıdırlar. 1580/81-ci ildə üçüncü yürüşə gəlirlər. Lakin bu dəfə qızılbaş döyüşçüləri nisbətən asanlıqla tatarları Şirvandan sıxışdırıb çıxarırlar. Ancaq tezliklə Azərbaycanda tüğyan edən aclıq və qıtlıq üzündən Şirvanın müdafiə gücü zəifləyir və osmanlılar onu yenidən ələ keçirirlər. Səfəvi rəhbərliyi Şirvanın azad edilməsi üçün bir sıra ciddi tədbirlər görür. İmamqulu xan Yıva-Qacarın xahişi ilə Peykər sultan Ziyadoğlu-Qacara xan rütbəsi verilərək, Şirvan bəylərbəyisi təyin olunur. Qərara alınır ki, Imamqulu xanın başçılığı altında Şirvanın müdafiəsi üçün qacar, otuziki və s. tayfaların ən sayseçmə döyüşçüləri göndərilsin.
1581-ci ilin baharında Krım tatarları II Qazi Gəray və Səfi Gərayın rəhbərliyi altında Şirvana dördüncü yürüşə çıxırlar. Döyüş Qazi Gəray və Səfi Gərayın rəhbərliyi altında Şirvana və Şabran arasında gedir. Peykər xanın başçılıq etdiyi qacar, cəyirli, qaramanlı və bu kimi tayfalardan ibərət qızılbaşlar tam qələbə qazanırlar. Qazi Gəray qacarlara əsir düşür. Səadət Gəray isə çətinliklə də olsa, əsirlikdən qaça bilir. Lakin yenə fələk işləri pozur: Peykər xanın həmin il ölümü türkləri Şirvanda hakimiyyətlərini bərpa etmək imkanı verir.[1]
II Qazi Gəray 1607-ci ildə Bağçasarayda vəba xəstəliyindən vəfat etdi.
II Qazi Gəray şair idi. Qəzai təxəllüsü ilə türkcə, farsca incə təbli şeirlər yazırdı.
II Qazi Gəray bəstəkar idi. Bir çox musiqilər bəstələmişdi.