Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd.
0 | |
---|---|
sıfır | |
← −2 · −1 · 0 · 1 · 2 → | |
İkili | 0 |
Səkkizlik | 0 |
Onaltılıq | 0 |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Əsas hesablama zamanı ədədi 0-a vurub böldükdə sıfır, 0-dan çıxdıqda mənfi, topladıqda isə müsbət alınır.
Say sistemlərində sıfırdan geniş istifadə olunur, sıfır mərtəbələrin yüksəldiyini bildirir. İkilik, səkkizlik, onluq, ve onaltılıq say sistemində sıfır vardır. Sıfır riyazi çəki kəsb etmir, yəni sıfır dedikdə təsəvvürə "boşluq", "heç bir şey" gəlir.