10000 yenlik əsginas

10000 yenlik əskinaz (yap. 一万円紙幣) — Yaponiyada işlədilən əskinazlardan biri. Ön tərəfində Meyci dövrü filosofu və Keyo Universitetinin qurucusu Yukiçi Fukuzavanın portreti əks olunmuşdur. Əskinazın arxa tərəfində isə Byodo-ində yerləşən Feniks zalındakı Hoo (yap. 鳳凰, Çin feniksi) rəsmi var.[1]

10000 yen
Ölkə Yaponiya Yaponiya
Dəyər 10000 yen
Eni 160 mm
Uzunluğu 76 mm
Təhlükəsizlik ünsürləri holoqram, oyma nəşr, gizli şəkil, lüminessent mürəkkəb, mikronəşr, inci mürəkkəb, EURion bürcü
Nəşr illəri 1957, 1984, 2004 (qara seriyalı nömrələr), 2011 (qəhvəyi seriyalı nömrələr)
Ön tərəf
Ön tərəf
Dizayn Yukiçi Fukuzavanın portreti
Arxa tərəf
Arxa tərəf
Dizayn Byodo-indəki Feniks zalında Hoo/Çin feniksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saxta əskinazların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əskinaza bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir: holoqram, oyma nəşr, gizli şəkil, lüminessent mürəkkəb, mikronəşr, inci mürəkkəb, EURion bürcü və s.[2]

  1. National Printing Bureau. "Introduction of Banknotes". 9 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2016.
  2. National Printing Bureau. "Anti-Counterfeiting Measures". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2016.