Vadokayçin

Gümüş Vadokayçin (和同開珎) sikkəsi, VIII əsr, Yaponiya. Yaponiya Valyuta Muzeyi.
Mis Vadokayçin sikkəsi.
Çin Kayqentsuho sikkəsi (開元通寶), ilk dəfə 621-ci ildə Çanqanda zərb olunub, Vadokayçin üçün model təşkil edib.

Vadokayçin (和同開珎?), Vado-kayçin və ya Vado-kayho – ən qədim rəsmi yapon sikkəsi və pulu. İmperatriça Qenmeyin əmri ilə 29 avqust 708-ci ildə[1] zərb olunmağa başlamışdır.[2][3][4]

Ortasında kvadratşəkilli dəlik olan bu metal pul 958-ci ilə kimi tədavüldə olmuşdur.[5] Bu, cunizeni bə ya koço cunisen adlandırılan sikkə seriyasının birincisi idi.[6]

"Vadokayçin" sözü sikkənin üzərində yazılan 4 kancinin transliterasiyadır. "Vado" dövr adı ilə yanaşı, "xoşbəxtlik" mənasını verir. "Kayçin" isə "valyuta" deməkdir. Bu sikkələr Çinin Tan sülaləsi tərəfindən buraxılan və ilk dəfə 621-ci ildə Çanqanda zərb olunan "Kayqentsuho" (çin. 開元通宝) adlı sikkədən ilham alınaraq hazırlanmışdı. Vadokayçin bu Çin sikkəsi ilə eyni xüsusiyyətləri daşıyırdı: diametri 2,4 santimetr, çəkisi 3,75 qram təşkil edirdi.[7]

  1. Traditional Japanese date 10 August according to Shoku Nihongi
  2. Titsingh, Isaac, Annales des empereurs du Japon (French), 1834, 63–5, 2016-12-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
  3. Brown, Delmer et al. (1979). Gukanshō, p. 271,
  4. Varley, H. Paul. (1980). Jinnō Shōtōki. p. 140.
  5. Nussbaum, Louis-Frédéric, Wadō-kaihō // Japan encyclopedia, 2005, səh. 1024; n.b., Authority File, Deutsche Nationalbibliothek, 2012-05-24 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
  6. Nussbaum, p. 539.
  7. Japan Currency Museum (日本貨幣博物館) permanent exhibit.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]