Yaponiya Bankının Valyuta Muzeyi

Yaponiya Bankının Valyuta Muzeyi (貨幣博物館, Kahey Hakubutsukan?)Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkəəsginaslara həsr olunmuşdur.

Yaponiya Bankının Valyuta Muzeyi
Əsası qoyulub noyabr 1985
Açılış tarixi noyabr 1985
Mövzu Yaponiya valyutası[d]
Ölkə
Yerləşir Nihonbaşi-Honkokuço[d]
35°41′07″ şm. e. 139°46′18″ ş. u.
Yaponiya Bankının Valyuta Muzeyi xəritədə
Yaponiya Bankının Valyuta Muzeyi
Yaponiya Bankının Valyuta Muzeyi
imes.boj.or.jp/cm/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır.[1] Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir.[1] Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur.[1] O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır.[1] Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır.[1]

Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir.[1] Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır.[1] Muzeydə Yaponiya bankı tərəfindən tədavülə buraxılmış bütün əsginaslar, eləcə də, sikkə kəsmə metodları nümayiş etdirilir.[1]

Muzeydə böyük məbləğdə olan pul çəkiləri hiss etmək üçün şərait də yaradılıb.[1] Məsələn, ziyarətçilər 10 kiloqram ağırlığında olan 100 milyon yenin çəkisini hiss edə bilərlər.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Money Through the Ages: A Walk Through Japan's Currency Museum". Nippon.com (ingiliscə). 22 noyabr 2017. 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]