Yaponiya bankı (yapon dilində: 日本銀行 Нихон гинко) — Yaponiyanın mərkəzi bankı.
Yaponiya Bankı | |
---|---|
Yerləşməsi | |
35°41′26″ şm. e. 139°46′34″ ş. u. | |
Ölkə | |
Ünvan | Yaponiya, Tokio |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 1882 |
Ehtiyatları | 2 660 007 mln. iyen (2009) |
Valyuta | Yaponiya iyeni |
Digər məlumatlar | |
Saytı | www.boj.or.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yaradılmışdır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə dəyişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il 1 apreldə Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı deyildir.
Yaponiya Bankı öz statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir. Onun kapitalının 55%-i hökumətə, 45%-i maliyyə institutlarına, sığorta şirkətlərinə və digər şəxsi səhmdarlara məxsusdur. Səhmdarlara 4%-lik ölçüdə dividentlərin verilməsi təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edildiyi halda bu dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət dövlət büdcəsinə toplanır.
Yaponiya Bankının rəhbər orqanı Siyasi şuradır. Yeni bank qanununun qəbulundan sonra Siyasi şuranın funksiyaları və strukturu bir qədər dəyişmişdir. 1998-ci l apreldən başlayaraq, Siyasi şura doqquz üzvdən ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və onun iki müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir. Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir:
Siyasi şura zəruri hallarda və şura sədrinin göstərişi ilə toplanır. Iclas şura üzvlərinin üçdə birinin və ya daha çoxunun təşəbbüsü ilə də çağırıla bilər. Şura sədrinin və ya üzvlərin üçdə birindən çoxunun iştirak etmədiyi halda iclaslar və səsvermələr keçirilə bilməz. Qərarlar səs çoxluğu ilə qəbul edilir. Yalnız iclasda olanlar səsvermədə iştirak edir. Əgər səslər yarıya bölünmüşdürsə, qərarı sədr verir. Maliyyə nazirliyinin və Iqtisadi planlaşdırma Agentliyinin məmurları Siyasi şuranın iclaslarında iştirak etmək hüququna malikdirlər. Onlar monetar tənzimləmə barədə hər hansı bir məsələnin təxirə salınmaz şəkildə nəzərdən keçirilməsini şuradan istəmək hüququna malikdirlər. Əgər iclasda iştirak edənlər hər hansı bir məsələnin müzakirəsinin təxirə salınmasını istəyirlərsə, şura səsvermə ilə qərar çıxarır.
Icraçı auditorlar Bankın fəaliyyətini təftiş edirlər. Onlar öz hesabatlarını Maliyyə nazirliyinə və ya Siyasi şuraya göndərirlər. Icraçı auditorlar və icraçı direktorlar Nazirlər kabineti tərəfindən 4 illik müddətə təyin olunurlar. Yaponiya bankı mərkəzi bank kimi aşağıdakı funksiyaları yerinə yetirir.
3. Məcburi ehtiyat saxlama sistemi Yaponiyada 1957-ci ildən başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat depozitlərin müəyyən məbləğini Yaponiya Bankında yerləşdirməyə borcludurlar. Yaponiya Bankı kommersiya banklarının öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit ekspansiyasına başlasınlar. Kommersiya bankları kredit ekspansiyasını həyata keçirmək iqtidarında deyillər, çünki onların kredit portfellərində həddən çox qaytarılmayan borclar var. Onlar sərbəst pulları riskli, lakin mənfəət gətirən aktivlərə – fond bazarı alətlərinə yatırırlar.
# | Şuranın sədri | Təyin olunmuşdur | Azad edilmişdir |
---|---|---|---|
1 | Yoshihara Shigetoşi | 6 oktyabr, 1882 | 19 dekabr, 1887 |
2 | Tomita Tetsunosuke | 21 fevral, 1888 | 3 sentyabr, 1889 |
3 | Kavada Koichiro | 3 sentyabr, 1889 | 7 noyabr, 1896 |
4 | Ivasaki Yanosuke | 11 noyabr, 1896 | 20 oktyabr, 1898 |
5 | Tatsuo Yamamoto | 20 oktyabr, 1898 | 19 oktyabr, 1903 |
6 | Shigeyoşi Matsuo | 20 oktyabr, 1903 | 1 iyun, 1911 |
7 | Korekiyo Takahaşi | 1 iyun, 1911 | 20 fevral, 1913 |
8 | Yatarō Mişima | 28 fevral, 1913 | 7 mart, 1919[1] |
9 | Junnosuke Inoue (Birinci) | 13 mart, 1919 | 2 sentyabr, 1923 |
10 | Otohiko Ichiki | 5 sentyabr, 1923 | 10 may, 1927 |
11 | Junnosuke Inoue (İkinci) | 10 may, 1927 | 1 iyun, 1928 |
12 | Hisaakira Hijikata | 12 iyun, 1928 | 4 iyun, 1935 |
13 | Eigo Fukai | 4 iyun, 1935 | 9 fevral, 1937 |
14 | Seihin Ikeda | 9 fevral, 1937 | 27 iyul, 1937 |
15 | Toyotaro Yuki | 27 iyul, 1937 | 18 mart, 1944 |
16 | Keizo Şibusava | 18 mart, 1944 | 9 oktyabr, 1945 |
17 | Eikichi Araki (Birinci) | 9 oktyabr, 1945 | 1 iyun, 1946 |
18 | Hisato Ichimada | 1 iyun, 1946 | 10 dekabr, 1954 |
19 | Eikichi Araki (İkinci) | 11 dekabr, 1954 | 30 noyabr, 1956 |
20 | Masamichi Yamagiva | 30 noyabr, 1956 | 17 dekabr, 1964 |
21 | Makoto Usami | 17 dekabr, 1964 | 16 dekabr, 1969 |
22 | Tadaşi Sasaki | 17 dekabr, 1969 | 16 dekabr, 1974 |
23 | Teiichiro Morinaga | 17 dekabr, 1974 | 16 dekabr, 1979 |
24 | Haruo Maekava | 17 dekabr, 1979 | 16 dekabr, 1984 |
25 | Satoşi Sumita | 17 dekabr, 1984 | 16 dekabr, 1989 |
26 | Yasuşi Mieno | 17 dekabr, 1989 | 16 dekabr, 1994 |
27 | Yasuo Matsuşita | 17 dekabr, 1994 | 20 mart, 1998 |
28 | Masaru Hayami | 20 mart, 1998 | 19 mart, 2003 |
29 | Toşihiko Fukui | 20 mart, 2003 | 19 mart, 2008 |
30 | Masaaki Şirakawa | 9 aprel, 2008 | 19 mart, 2013 |
31 | Haruhiko Kuroda | 20 mart, 2013 |