Azərbaycan Superkuboku 1993 — futbol üzrə Azərbaycan Superkubokunun ilk mövsümü. 1993-cü ilin 21 fevral tarixində Sumqayıt şəhərində keçirilən matçda çempion "Neftçi" ilə kubokun qalibi "İnşaatçı" qarşılaşmış və matç "Neftçi" 4:1 hesablı qələbəsi ilə başa çatmışdır.[1][2]
Futbol üzrə Azərbaycan Superkuboku ilk dəfə "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. Bu Futbol üzrə Azərbaycan Çempionatının 1992-ci il mövsümünün ardından baş vermiş və "Səhər" qəzetinin Superkuboku təsis olunmuşdur. Beləliklə növbəti mövsüm də bu matçla start götürmüşdür. Ölkə çempionu "Neftçi" ölkə kubokun qalibi "İnşaatçı"nı 4:1 hesabı ilə darmadağın edərək ilk Superkubokun qalibi olmuşdur. Həmçinin bu turnirdə ilk qol, ilk dubl, ilk böyükhesablı nəticə də "Neftçi"nin aktivinə yazılmışdır.