1995 Azərbaycan Superkuboku — futbol üzrə Azərbaycan Superkubokunun üçüncü mövsümü.
1995 Futbol üzrə Azərbaycan Superkuboku | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Penalti hesabı 7:8 | |||||||
Tarix | 23 iyul 1995 | ||||||
Yer | Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, Sumqayıt | ||||||
Hakim | Rövşən Əhmədov | ||||||
Tamaşaçı | 2000 | ||||||
← 1993 2013 → |
1995-ci ildə keçirilən bu oyunla Superkubok oyunu 2-ci dəfə və bu dəfə də "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan "Kəpəz" bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi "Turan" gəlmişdi. "Neftçi" isə bu dəfə ölkə kubokunun qalibi kimi meydana çıxırdı.
Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. "Turan" penaltidən bərabərlik qolunu vurdusa, "Neftçi" matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu. Ümumiyyətlə, bu seriya Nizami Sadıqovla Rauf Salamovun şousu ilə nəticələndi. Komandalar hərəyə 13 zərbə vurmalı oldu. Bakılılar 5, Tovuz təmsilçisi 6 imkanı qaçırdı.
23 iyul 1995 |
|
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Tamaşaçı: 2000 Hakim: Rövşən Əhmədov |
|
|
Baş hakimin köməkçiləri:
|