Yunis Hüseynov

Yunis Hüseynov — azərbaycanlı futbol mütəxəssisi.

Yunis Hüseynov
Ümumi məlumatlar
Tam adı Yunis Hüseyn oğlu Hüseynov
Doğum tarixi (58 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 180 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub kəpəz
Karyerası
Gənclik karyerası
?—1983 SSRİ Kəpəz ? (?)
Klub karyerası[* 1]
1984—1991 SSRİ Neftçi Bakı 160 (28)
1992 Azərbaycan Neftçi Bakı 25 (29)
1992—1993 İran ? ? (?)
1993—1998 Azərbaycan Neftçi Bakı 110 (29)
1998—1999 Azərbaycan Kəpəz 14 (3)
1999—2000 Azərbaycan ANS Pivani Bakı 9 (0)
2000—2001 Azərbaycan Kəpəz 15 (5)
Milli yığma[* 2]
1993—1998 Azərbaycan Azərbaycan 34 (4)
Məşqçisi olduğu klublar
2004—2005
2005—2007
Azərbaycan Karvan
2007 Azərbaycan Standard Bakı
2008—2009 Azərbaycan Karvan
2012 Azərbaycan Xəzər-Lənkəran

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunis Hüseynov 1965-ci ildə Gəncə şəhərində anadan olub. O, futbolçu karyerasına da elə Gəncədə - “Kəpəz” klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının “Neftçi” klubunda oynamağa başlayıb. O zaman “Neftçi” keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y.Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.[1]

1992-93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən “Neftçi”yə qayıdıb.[1]

O, 1993-1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib. 2001-ci ildə Yunis Hüseynov böyük futbolda karyerasını başa vururb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. 2004-2005-ci illərdə Yevlaxın Karvan futbol klubunun baş məşqçisi olub. Məhz onun rəhbərliyi altında “Karvan” milli çempionatda bürünc medal qazanıb.[1]

Y.Hüseynov 2012-ci ildə "Xəzər-Lənkəran" 2019-cu ildə "Kəpəz" 2020-ci ildə isə "Keşlə " klubunun baş məşqçisi işləyib.[1]

Uğurları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Modern.az. ""Tanınmış cütlüklər" - Məşhur futbolçu və şahmatçı necə yola gedirlər?." Modern.az (az.). modern.az. 28.12.2013, 16:39. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]