2012 UEFA Çempionlar Liqası finalı

2012 UEFA Çempionlar Liqası finalı (alm. UEFA-Champions-League-Finale 2012‎, ing. 2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi.

2012 UEFA Çempionlar Liqası finalı
Turnir UEFA Çempionlar Liqası 2011/2012
Oyun sonrası penalti zərbələrindən sonra Çelsi 4-3 hesabı ilə qalib gəldi
Tarix 19 may 2012
Yer Almaniya Allianz Arena, Münhen
UEFA Matçın adamı Kot-d'İvuar Didye Droqba (Çelsi)[1]
Hakim Portuqaliya Pedru Proensa[2]
Tamaşaçı 62,500[3]
Hava Dəyişkən buludlu. 20 °C (68 °F). Rütubət 38%[4]
2011
2013

Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. 2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi[5]. Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. Finale dahoam) adlandırırdılar.

Futbol oyunu şənbə günü, 19 may 2012-ci ilMünhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir. Əsas vaxtda qalib müəyyənləşmədi, Tomas MüllerDidye Droqbanın qollarından sonra hesab bərabər idi. Əlavə vaxt da bu hesabla bitdi. Oyun sonrası penalti zərbələrində Çelsi qalib gəldi və tarixində ilk Avropa Çempionlar Kubokunu qazandı. Çelsi həmçinin bu kuboka yiyələn ilk London klubu oldu.

Bayernin məğlubiyyəti ağır qarşılandı, Almaniya mətbuatı və ekspertlər nəticəni haqsız hesab edirdilər. Eyni zamanda istər İngiltərə, istər bütün dünyada Çelsi oyunçularının bəxtləri gətirdiyi etiraf olunurdu, bəzən oyunu "xilas" edən və penaltilər seriyasında həlledici zərbəni vuran Didye Droqba ayrıca fərqləndirilirdi.

Ertəsi gün Londonda Çelsinin turnirdə qələbəsi şərəfinə on minlərlə azarkeşin iştirak etdiyi parad təşkil olunmuşdur. Çempionlar Liqasının qalibi kimi Çelsi həmçinin Avropa Liqasının cari mövsümünün qalibi Atletiko Madrid ilə UEFA Superkubok oyununu keçirməli idi, bundan əlavə FİFA Klublararası Dünya Kubokunun yarımfinalında iştirak etməli idi.

Keçirilmə yeri

[redaktə | mənbəni redaktə et]

Yer seçiminin keçirilməsi

[redaktə | mənbəni redaktə et]

UEFA Icraiyyə Komitəsi 2009-cu ilin yanvarında elan etdi ki, 2012-ci il Çempionlar Liqasının finalı Münhendə Allianz Arena stadionunda keçiriləcək. Almaniya sığorta şirkəti olan Allianz UEFA Çempionlar Liqasının sponsoru olmadığı üçün məkanın rəsmi adı "Münhen Arena" (alm. Fußball Arena München‎) kimi qəbul edilmişdir[6][7].

Bundan öncə Münhendə final 1979, 19931997-ci illərdə keçirilmişdir, qaliblər müvafiq olaraq İngiltərənin Nottingem Forest, Fransanın Olimpik Marsel və Almaniyanın Borussiya Dortmund klubları olmuşdular. Üç oyunun hamısı 1972 Yay Olimpiya Oyunları üçün tikilən "Olimpiyaştadion" stadionunda baş tutmuşdur, lakin 2005-ci ildən bəri şəhərin əsas stadionu sıfırdan inşa edilən Allianz Arenadır[7]. Münhen hökuməti UEFA ilə final oyununun keçirilməsi xərclərinin 76,9% -nı ödəyəcəyinə razılaşmışdı. Beləliklə, UEFA cəmi 300 000 avro xərclədi[8]. Turnirin səfiri 1972-ci ilin Avropa Çempionu1974-cü il Dünya Çempionu Paul Braytner təyin olundu[9].

Oyun öncəsi ajiotaj və bilet satışı

[redaktə | mənbəni redaktə et]

Oyuna biletlər 2012-ci il martın 1-də, Mərkəzi Avropa vaxtı ilə gündüz saat 12-də satışa buraxıldı. Geniş ictimaiyyətə 42 000 bilet paylanıldı ki, bu da stadion tutumunun üçdə ikisini təşkil edirdi. Daha 17,5 min bilet finala gedəcək klub azerkeşləri üçün saxlanıldı, üstəlik 7 000 sayda bilet dünyanın müxtəlif yerlərindən gələn azarkeşlər üçün nəzərdə tutuldu. Qalan biletlər 53 milli assosiasiya və tərəfdaşlar arasında bölüşdürdürüldü. UEFA-nın verdiyi məlumata görə, 2012-ci ildə biletlərin qiyməti daha aşağı oldu, bu da 70 avro dəyərində olan dördüncü kateqoriyanın yaranmasına səbəb oldu, eynizamanda üçüncü kateqoriya 160 avro, ikinci isə 260 avro dəyərində idi, ən bahalı biletlərin nominalı 370 avroya bərabər idi. Həmçinin, dördüncü kateqoriyalı biletlər əlillər üçün də nəzərdə tutulmuşdur[10].

  1. "Player Rater – Top Player – Didier Drogba". UEFA.com. Union of European Football Associations. 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-19.
  2. "Proença to officiate UEFA Champions League final". UEFA.com (ingilis). Union of European Football Associations. 2012-05-19. 2012-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-17.
  3. "Full Time Report, Final – Saturday 19 May 2012" (PDF) (ingilis). UEFA. 2012-05-19. 2013-05-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-17.
  4. "Tactical Line-ups – Final – Saturday 19 May 2012" (PDF) (ingilis). UEFA. 2012-05-19. 2013-06-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-17.
  5. "«Бавария» — первый клуб, который сыграет в финале Лиги чемпионов на своём поле" (rus). Championat.com. 2012-04-26. 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-30.
  6. "UEFA unveil 2011 and 2012 final venues" (ingilis). UEFA.com. 2009-01-30. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  7. 1 2 2012 final: Fußball Arena München Arxivləşdirilib 2019-10-19 at the Wayback Machine UEFA.com.
  8. Staudinger, Melanie. "Wenn die Uefa zur Kasse bittet". Süddeutsche (alman). 2011. 0174-4917. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  9. "Ambassador: Paul Breitner" (ingilis). UEFA.com. 2012-03-01. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-11.
  10. "UEFA Champions League Final 2012 ticket sales launched" (ingilis). UEFA.com. 2012-03-01. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.