2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2016) — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" (azərb. Qucaqla) devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 20 noyabr 2016 |
Aparıcı(lar) | Ben Kamil Valeri Vella |
Direktor | Yon Ola Sand |
Kanal | PBS |
Keçirilən yer | Malta, Valletta, Mediterranean Conference Centre |
Qalib mahnı | Gürcüstan "Mzeo" |
İştirakçıların sayı | 17[1] |
İlk dəfə iştirak edən ölkələr | Yoxdur |
Yenidən iştirak edən ölkələr | İsrail Kipr Polşa |
İştirakdan imtina edən ölkələr | Monteneqro San-Marino Sloveniya |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2015 2017 ► |
28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-Marino və Sloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirilən mətbuat konfransında Təşkilatçı Qurum 2016-cı ildə müsabiqənin səsvermə formatında böyük dəyişikliklər ediləcəyini bildirmişdir. Səsvermə proseduru artıq ötən illərdəki kimi 50% münsif səsverməsi və 50% SMS səsverməsi deyil, yalnız peşəkar münsif və gənc münsiflər heyətinin qərarı ilə nəticələr müəyyənləşdiriləcək. Bu müsabiqədə ilk dəfədir ki, SMS səsverməsi istifadə olunmayacaq[2].
№ | Ölkə[1] | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İrlandiya | İrlandca | Zena Donnelli | "Bríce ar Bhríce" | Kərpic üstünə Kərpic | 10 | 122 |
02 | Ermənistan | Ermənicə, İngiliscə | Anahit və Meri | "Tarber" (Տարբեր) | Fərqli | 2 | 232 |
03 | Albaniya | Albanca, İngiliscə | Klesta Kehaya | "Besoj" | İnanıram | 13 | 38 |
04 | Rusiya | Rusca, İngiliscə | Water of Life Project | "Water of Life" | Həyat suyu | 4 | 202 |
05 | Malta (ev sahibi) | İngiliscə | Kristina Maqrin | "Parachute" | Paraşüt | 6 | 191 |
06 | Bolqarıstan | Bolqarca, İngiliscə | Lidiya Qaneva | "Magical Day (Valsheben den)" (Вълшебен ден) | Sehirli gün | 9 | 161 |
07 | Makedoniya | Makedonca, İngiliscə | Martiya Stanoykoviç | "Love will Lead Our Way (Ljubovta ne vodi)" (Љубовта не води) | Sevgi bizim yolumuzda irəlidə olacaq | 12 | 41 |
08 | Polşa | Polyakca, İngiliscə | Olivia Veçorek | "Nie Zapomnij" | Unutma | 11 | 60 |
09 | Belarus | Rusca, İngiliscə | Aleksandr Minyonok | "Muzyka moikh pobed (Music is my only way)" (Музыка моих побед) | Qələbələrimin musiqisi (Musiqi mənim tək yolumdur) | 7 | 177 |
10 | Ukrayna | Ukraynca, İngiliscə | Sofiya Rol | "Planet Craves For Love" | Planet sevgi üçün yalvarır | 14 | 30 |
11 | İtaliya | İtalyanca, İngiliscə | Fiamma Boçça | "Cara Mamma - Dear Mom" | Əziz Ana | 3 | 209 |
12 | Serbiya | Serbcə | Dunya Yeliçiç | "U La La La" (У Ла Ла Ла) | U La La La | 17 | 14 |
13 | İsrail | İvritcə, İngiliscə | Şir və Tim | "Follow My Heart" | Qəlbimi izlə | 15 | 27 |
14 | Avstraliya | İngiliscə | Aleksa Kyortis | "We Are" | Biz | 5 | 202 |
15 | Niderland | Niderlandca, İngiliscə | Kisses | "Kisses and Dancin'" | Öpüşlər və Rəqs | 8 | 174 |
16 | Kipr | Yunanca, İngiliscə | Yorğos Mixailidis | "Dance Floor" | Rəqs döşəməsi | 16 | 27 |
17 | Gürcüstan | Gürcücə | Mariam Mamadaşvili | "Mzeo" (მზეო) | Günəş | 1 | 239 |
Avroviziya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |