2018 Formula 1 Azərbaycan Qran Prisi

2018 Formula 1 Azərbaycan Qran Prisi — Formula 1 üzrə 3-cü Azərbaycan Qran Prisi.

Bakı Şəhər Halqası

Azərbaycan Qran Prisi üçün təkər seçimi

[redaktə | mənbəni redaktə et]
Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Azərbaycan Qran Prisi Soft SuperSoft UltraSoft

Sərbəst yürüşlər

[redaktə | mənbəni redaktə et]

Birinci sərbəst yürüşlər

[redaktə | mənbəni redaktə et]
Birinci sərbəst yürüşlərin qalibi Valtteri Bottas

Sessiyanın əvvəlində asfalta plastik parçası düşüb və marşallardan biri onu dərhal götürüb. Startdan 16 dəqiqə sonra Brendon Hartli 8-ci döngənin girişində səhvə yol verib və təhlükəsizlik zonasına girib. Lakin yenidən trasa qayıdaraq məşqə davam edib.Maks Ferstappen 34-cü dəqiqədə bariyerlə toqquşub və dayanıb. Zərbənin təsirindən sürət qutusu birinci ötürmədə ilişib qalıb və bu, marşalların da işini çətinləşdirib.Maks Ferstappen da təxliyə prossesinə kömək edib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və 4 dəqiqə sonra sessiya normal axarı ilə davam edib. Sürücülərin əksəriyyəti səhvlərə yol verib. Kimi Rəykkönen güc qurğusundakı problemə görə sessiyanın böyük hissəsini itirib. Protokollara Valtteri Bottas başçılıq edib – 1:44.242.

  1. Finlandiya Valtteri Bottas 1:44.242
  2. Avstraliya Daniel Rikiardo 1:44.277
  3. Böyük Britaniya Lyuis Həmilton 1:45.200
  4. Fransa Esteban Okon 1:45.237
  5. Meksika Serxio Perez 1:45.422
  6. Niderland Maks Ferstappen 1:45.559
  7. İspaniya Fernando Alonso 1:46.465
  8. Rusiya Sergey Sirotkin 1:46.480
  9. Almaniya Sebastyan Fettel 1:46.513
  10. Kanada Lens Stroll 1:46.590
  11. Yeni Zelandiya Brendon Hartli 1:46.747
  12. Almaniya Niko Hülkenberq 1:46.749
  13. Finlandiya Kimi Rəykkönen 1:46.861
  14. Monako Şarl Lekler 1:46.875
  15. Fransa Roman Qrojan 1:46.963
  16. İsveç Markus Eriksson 1:47.073
  17. Fransa Pyer Qasli 1:47.368
  18. Danimarka Kevin Maqnussen 1:47.434
  19. Belçika Stoffel Vandorn 1:47.967
  20. İspaniya Karlos Sayns 1:48.741

İkinci sərbəst yürüşlər

[redaktə | mənbəni redaktə et]
Ikinci sərbəst yürüşlərin qalibi Daniel Rikiardo

Mexaniklər ilk sessiyada qəza edən Maks Ferstappenin maşınını yalnız startdan 20 dəqiqə sonra hazır edə biliblər. Hollandiyalı sürücü bu dəfə də səhvlər edib, üçüncü döngədə təhlükəsizlik zonasına çıxmalı olub.Renault mexanikləri də Niko Hülkenberqin maşını üzərində uzun müddət işləyiblər.Niko bir neçə dövrə vurduqdan sonra maşını yenidən onların ixtiyarına verib, daha sonra isə yenidən trasa qayıdıb və məşqlərə davam edib. Komandalar ənənəyə uyğun olaraq sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Sürücülər əvvəlcə Soft və SuperSoft təkərlərlə trasa çıxıblar, sonra isə UltraSoft təkərlərə keçiblər. Sessiyanın sonlarında Maks Ferstappen güc qurğusu problemi ilə qarşılaşıb və ona yavaş-yavaş boksa qayıtması tapşırılıb.

  1. Avstraliya Daniel Rikiardo 1:42.795
  2. Finlandiya Kimi Rəykkönen 1:42.864
  3. Niderland Maks Ferstappen 1:42.911
  4. Finlandiya Valtteri Bottas 1:43.570
  5. Böyük Britaniya Lyuis Həmilton 1:43.603
  6. İspaniya Fernando Alonso 1:43.700
  7. Fransa Esteban Okon 1:43.814
  8. İspaniya Karlos Sayns 1:43.834
  9. Danimarka Kevin Maqnussen 1:43.977
  10. Almaniya Niko Hülkenberq 1:44.091
  11. Almaniya Sebastyan Fettel 1:44.127
  12. Meksika Serxio Perez 1:44.142
  13. Fransa Roman Qrojan 1:44.425
  14. Kanada Lens Stroll 1:44.459
  15. Fransa Pyer Qasli 1:44.712
  16. Monako Şarl Lekler 1:44.940
  17. Rusiya Sergey Sirotkin 1:45.007
  18. Yeni Zelandiya Brendon Hartli 1:45.051
  19. Belçika Stoffel Vandorn 1:45.288
  20. İsveç Markus Eriksson 1:46.042

Üçüncü sərbəst yürüşlər

[redaktə | mənbəni redaktə et]
Üçüncü sərbəst yürüşlərin qalibi Sebastyan Fettel

Asfaltla ilişmə dünənlə müqayisədə daha yaxşı olsa da, bir neçə dəfə sürücülər idarəetməni itirərək trasdan çıxdıqları üçün sarı bayraqlar dalğalandırılıb. Sessiya boyunca UltraSoft təkərlərə üstünlük verilib. Sona 8 dəqiqə qalmış Sergey Sirotkin üçüncü döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Rus sürücünün maşını təxliyə edilərək boksa gətirilib.Fasilə 5 dəqiqə davam edib və sürücülər yenidən boksları tərk ediblər. Onların sadəcə bir sürətli dövrə vurmağa vaxtları çatıb. Protokollara bu dəfə Sebastyan Fettel başçılıq edib – 1:43.091. Geridə qalan üç sessiyada qüvvələr nisbətini bilmək demək olar ki, mümkün olmayıb.

  1. Almaniya Sebastyan Fettel 1:43.091
  2. Böyük Britaniya Lyuis Həmilton 1:43.452
  3. Finlandiya Kimi Rəykkönen 1:43.493
  4. Niderland Maks Ferstappen 1:43.519
  5. Finlandiya Valtteri Bottas 1:43.569
  6. Meksika Serxio Perez 1:43.936
  7. Danimarka Kevin Maqnussen 1:43.958
  8. Kanada Lens Stroll 1:44.123
  9. Fransa Esteban Okon 1:44.220
  10. Rusiya Sergey Sirotkin 1:44.534
  11. İspaniya Fernando Alonso 1:44.763
  12. Avstraliya Daniel Rikiardo 1:44.861
  13. Fransa Pyer Qasli 1:44.905
  14. Monako Şarl Lekler 1:45.218
  15. Fransa Roman Qrojan 1:45.261
  16. İspaniya Karlos Sayns 1:45.432
  17. Almaniya Niko Hülkenberq 1:45.456
  18. Belçika Stoffel Vandorn 1:45.505
  19. İsveç Markus Eriksson 1:45.910
  20. Yeni Zelandiya Brendon Hartli 1:46.186

Sıralanma turu

[redaktə | mənbəni redaktə et]
Poulun sahibi Sebastyan Fettel

Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar.Roman Qrojan ötürmələr qutusunun probleminə görə mübarizəni erkən dayandırıb.Pyer Qasli təkəri deşilmiş komanda yoldaşı Brendon Hartli ilə toqquşmaqdan son anda yayına bilib. Sürücülərin əksəriyyəti trafikə düşüb.Kimi Rəykkönen protokollara başçılıq edib – 1:42.538.Stoffel Vandorn,Markus Eriksson,Toro RossoRoman Qrojan növbəti sessiyaya keçə bilməyiblər.

İkinci sessiyada top komandaların sürücüləri SuperSoft təkərlərlə trasa çıxaraq sabahkı yarışa nisbətən sərt tərkiblə başlamağa qərar veriblər.Lyuis Həmilton SuperSoft-la hamıdan sürətli olub, ikinci cəhdində UltraSoft təkərə keçən Kimi Rəykkönen onu üstələyib – 1:42.510.Lens Stroll, Sergey Sirotkin,Fernando Alonso,Lekler və Kevin Maqnussen mübarizəni dayandırıblar.

Son sessiyada Renault sürücüləri işlənmiş, digərləri isə yeni UltraSoft təkərlərlə trasa çıxıblar.Sebastyan Fettelin ilk cəhdi mükəmməl alınıb – 1.41.498.Lyuis Həmilton ikinci cəhdində nəticəsini yaxşılaşdırıb, lakin çempionatdakı əsas rəqibinə cüzi uduzub. İlk iki sektorun rekordu ilə gedən Kimi Rəykkönen 16-cı döngədə ciddi səhvə yol verərək poul qazanmaq şansını əldən verib.Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında 53-cü poulunu əldə edib.Lyuis Həmilton ikinci,Valtteri Bottas isə üçüncü yerləri tutublar.

Start düzümü

[redaktə | mənbəni redaktə et]

Start düzümünü sıralanma turunun protokolundan fərqləndirən yeganə amil Niko Hülkenberqin ötürmələr qutusunu vaxtından əvvəl dəyişdiyi üçün beş yer itirməsi olub. Sıralanma turunda ən yaxın rəqibinə 12 saniyə uduzan Brendon Hartli və nəticə göstərməyən Roman Qrojan stüardların qərarı ilə starta buraxılıblar.

  1. Almaniya Sebastyan Fettel 1:41.498
  2. Böyük Britaniya Lyuis Həmilton 1:41.677
  3. Finlandiya Valtteri Bottas 1:41.837
  4. Avstraliya Daniel Rikiardo 1:41.911
  5. Niderland Maks Ferstappen 1:41.994
  6. Finlandiya Kimi Rəykkönen 1:42.490
  7. Fransa Esteban Okon 1:42.523
  8. Meksika Serxio Perez 1:42.547
  9. İspaniya Karlos Sayns 1:43.351
  10. Kanada Lens Stroll 1:43.585
  11. Rusiya Sergey Sirotkin 1:43.886
  12. İspaniya Fernando Alonso 1:44.019
  13. Monako Şarl Lekler 1:44.074
  14. Almaniya Niko Hülkenberq 1:43.066
  15. Danimarka Kevin Maqnussen 1:44.759
  16. Belçika Stoffel Vandorn 1:44.489
  17. Fransa Pyer Qasli 1:44.496
  18. İsveç Markus Eriksson 1:34.914
  19. Yeni Zelandiya Brendon Hartli 1:57.354
  20. Fransa Roman Qrojan -:-:-

Qalib Lyuis Hemilton

Sebastyan Fettel əla start alaraq rəqiblərinə hücum şansı verməyib.Esteban Okon Kimi Rəykkönenlə toqquşmadan sonra mübarizəni dayandırıb.Sergey Sirotkin Serxio Perezlə təmas yaşasa da, maşınlara zərər dəyməyib, lakin stüardlar onu cəzalandırıblar. Rus sürücü daha sonra Niko HülkenberqFernando Alonsonun arasında qalıb, təmasda asılqanı qırılıb və yarış onun üçün başa çatıb.Markus Eriksson da Kevin Maqnussenlə insidentə görə 10 saniyə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Sağ tərəfdəki hər iki təkəri deşilən Fernando Alonso məcburi pit-stop edib və Soft təkərlərə keçib.Brendon Hartli də təkərlərini dəyişib.Kimi Rəykkönenin maşının ön qanadı yenisi ilə əvəzlənib.5-ci dövrədə restart verilib.Sebastyan Fettel yenə liderliyini qoruyub,Maks FerstappenKarlos Sayns Daniel Rikiardonu keçiblər.Sebastyan Fettel 2 dövrə ərzində Lyuis Həmiltonla fərqi 3 saniyəyə çatdırıb. Kimi Rəykkönen bariyerlərlə sürtünüb, lakin maşın zədələnməyib. Hər iki Red Bull sürücüsü ERS sisteminin problemi ilə qarşılaşıblar. Nəticədə 9-cu dövrədə Karlos Sayns Maks Ferstappeni, növbəti dövrədə isə Niko Hülkenberq Daniel Rikiardonu keçib. Alman sürücü dərhal Maks Ferstappenə hücumlar etməyə başlayıb və onu da keçib.Niko Hülkenberq bu dəfə də Bakıdakı yarışı başa vura bilməyib. 11-ci dövrədə bariyerlərlə təmasda araxa sol təkəri zədələyib və mübarizəni dayandırıb.Daniel Rikiardo bir neçə dəfə Maks Ferstappenə hücumlar edib, təkər-təkərə mübarizələr insidentsiz ötüşüb.Pyer Qasli 13-cü dövrədə pit-stop edib,Kimi Rəykkönen Lens Strollu üstələyərək 8-ci yerə yüksəlib. Növbəti dövrələrdə Karlos SaynsStoffel Vandorn təkərlərini dəyişiblər.Lens Strollu bu dəfə Serxio Perez keçib.Lyuis Həmilton 23-cü,Lens Stroll 24-cü, Lekler 25-ci dövrədə pit yoluna üz tutublar. İki dövrə sonra Daniel Rikiardo birinci döngədə Maks Ferstappeni keçib, lakin hollandiyalı sürücü ikinci döngədə mövqeyini geri alıb. 31-ci dövrədə Sebastyan Fettel də təkərlərini dəyişib.Daniel Rikiardo nəhayət, Maks Ferstappeni keçib.Daniel Rikiardo 38-ci,Maks Ferstappen isə 39-cu dövrədə UltraSoft təkərlərə keçiblər.Maks Ferstappen trasa komanda yoldaşının önündə qayıdıb. Yarışın 40-cı dövrəsində start düzlüyündə Daniel Rikiardo Maks Ferstappenə hücum edib. Bu zaman toqquşma baş verib və hər iki sürücü mübarizəni dayandırmalı olub. Təhlükəsizlik Maşını bir daha trasa daxil olub.FerrariMercedes sürücüləri dərhal UltraSoft təkərlərə keçiblərSerxio Perez isə SuperSoft-a üstünlük verib.Roman Qrojan 43-cü dövrədə TM arxasında maşını bariyerə vuraraq mübarizəni dayandırıb. Tibbi Maşın və Təxliyə Maşını trasa daxil olub.Roman Qrojan xəsarət almayıb. 47-ci dövrədə restart verilib. Sebastyan Fettel Valtteri Bottasa hücum edərkən əyləcləri çox gec basıb və trasdan bir qədər çıxıb.Lyuis HəmiltonKimi Rəykkönen dərhal fürsətdən yararlanaraq onu ötüblər.Fernando Alonso isə Lens Strollu qabaqlayaraq daha bir mövqe qazanıb. Təkərləri yeyilən Sebastyan Fettel Serxio Perez tərəfindən də keçilib. 49-cü dövrədə daha bir gözlənilməz hadisə baş verib – qələbəyə doğru gedən Valtteri Bottasın arxa sağ təkəri start düzlüyündə deşilib və finlandiyalı sürücü üçün yarış başa çatıb.Lyuis Həmilton mövsümdə və Azərbaycanda ilk, karyerasında 63-cü qələbəsini əldə edib. Xatırladaq ki,Lyuis Hemilton son qələbəsini keçən il ABŞ- da qazanmışdı. O, həm də sürücülər çempionatında liderliyə yüksəlib.Kimi Rəykkönen ikinci yeri tutub,Serxio Perez isə yenə də Bakıda podiuma yüksələ bilib – hər üç sürücü mövsümün ilk dörd yarışındakı ən yaxşı nəticələrini əldə ediblər. Lekler və Brendon Hartli karyeralarında ilk xallarını qazanıblar.Lens Stroll da komandasının bu mövsümdəki xal hesabını açıb.

  1. Böyük Britaniya Lyuis Həmilton Mercedes
  2. Finlandiya Kimi Rəykkönen Ferrari
  3. Meksika Serxio Perez Force India
  4. Almaniya Sebastyan Fettel Ferrari
  5. İspaniya Karlos Sayns Renault
  6. Monako Şarl Lekler Sauber
  7. İspaniya Fernando Alonso McLaren
  8. Kanada Lens Stroll Williams
  9. Belçika Stoffel Vandorn McLaren
  10. Yeni Zelandiya Brendon Hartli Toro Rosso
  11. İsveç Markus Eriksson Sauber
  12. Fransa Pyer Qasli Toro Rosso
  13. Danimarka Kevin Maqnussen Haas
  14. Finlandiya Valtteri Bottas Mercedes

Mübarizəni dayandıranlar

[redaktə | mənbəni redaktə et]
  1. Fransa Roman Qrojan Haas
  2. Avstraliya Daniel Rikiardo Red Bull
  3. Niderland Maks Ferstappen Red Bull
  4. Almaniya Niko Hülkenberq Renault
  5. Rusiya Sergey Sirotkin Williams
  6. Fransa Esteban Okon Force India

Günün sürücüsü

[redaktə | mənbəni redaktə et]
Günün sürücüsü – Şarl Lekler

Sıralanma turunda 14-cü olan, Niko Hülkenberqin yer itirməsinə görə yarışa 13-cü yerdən başlayan, finiş xəttini altıncı keçərək karyerasında ilk xallarını qazanan Sauber-in debütant sürücüsü [[Şarl Lekler]] “Günün Sürücüsü” seçilib. Monakolu sürücü ilk dəfədir ki, bu ada layiq görülür.

DHL Fastest Pit Stop Award

[redaktə | mənbəni redaktə et]
DHL Fastest Pit Stop Award qalibi Williams

Bakıda ən sürətli pit- stopu Williams mexanikləri ediblər – onlar Lens Strollun maşınına 2.18 saniyə ərzində xidmət göstəriblər ki, bu da mövsümün rekordundan cəmi 0.03 saniyə yavaşdır.Red Bull komandası yarışda xal qazana bilməsə də, ən yaxşı pit-stoplar siyahısında ikinci və üçüncü yerləri tutub. Avstriyalılar bu reytinqdə liderliklərini davam etdirə biliblər. Növbəti yerləri FerrariMercedes komandaları tuturlar.

  1. Avstriya Red Bull 101
  2. İtaliya Ferrari 71
  3. Almaniya Mercedes 63
  4. Böyük Britaniya Williams 56
  5. Hindistan Force India 37
  6. İsveçrə Sauber 24
  7. İtaliya Toro Rosso 20
  8. Fransa Renault 13
  9. ABŞ Haas 11
  10. Böyük Britaniya McLaren 8

Sürücülərin cərimə balları

[redaktə | mənbəni redaktə et]

Serxio Perez, Kevin Maqnussen,Markus ErikssonSergey Sirotkin 2 balla cərimələniblər.Kevin Maqnussen hazırda aktivində ən çox bal olan sürücüdür, lakin növbəti yarış ərəfəsində və bu müddətdə danimarkalı sürücünün 1 balı silinəcək. Stoffel Vandorn da keçən il Rusiyada hesabına yazılan 1 baldan azad olacaq.Bu dəyişiklikləri cədvəldə nəzərə alinib.

  1. Rusiya Daniil Kvyat 7
  2. Danimarka Kevin Maqnussen 7
  3. İsveç Markus Eriksson 7
  4. Meksika Serxio Perez 5
  5. Niderland Maks Ferstappen 5
  6. Yeni Zelandiya Brendon Hartli 4
  7. Belçika Stoffel Vandorn 4
  8. Braziliya Felipe Massa 3
  9. Fransa Roman Qrojan 3
  10. Almaniya Sebastyan Fettel 3
  11. Finlandiya Kimi Rəykkönen 3
  12. İspaniya Fernando Alonso 2
  13. İspaniya Karlos Sayns 2
  14. Böyük Britaniya Censon Batton 2
  15. Almaniya Paskal Verlyayn 2
  16. Fransa Pyer Qasli 2
  17. Avstraliya Daniel Rikiardo 2
  18. Rusiya Sergey Sirotkin 2
  19. Almaniya Niko Hülkenberq 1
  20. Böyük Britaniya Colion Palmer 1
  21. Kanada Lens Stroll 1

Maraqlı statistika

[redaktə | mənbəni redaktə et]
  • Sebastyan Fettel mövsümdə ardıcıl üçüncü, karyerasında 53-cü poulunu qazanıb. O, həm

də ilk cərgədən start almaq sayına görə (87) Ayrton Sennaya çatıb.

26-cı tras olub.

  • Sıralanma turunda ikinci olan Lyuis Həmilton 120-ci dəfə yarışa ilk cərgədən başlayıb.

Britaniyalı sürücü bu göstəriciyə görə mütləq liderdir.

  • Valtteri Bottas ardıcıl üçüncü yarışda üçüncü yerdən start alıb.

2016-cı ildə Meksika Qran Prisindən bəri ən pis nəticəsini əldə edib. O, keçən il Yaponiyadakı yarışa 10-cu yerdən start vermişdi, lakin buna səbəb ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməsi olmuşdu.

  • Son altı ayda (keçənilki ABŞ Qran Prisindən

bəri) ilk dəfə qalib gələn Lyuis Həmilton karyerasında 63-cü qələbəsini qazanıb.

tarixində buna nail olan yeganə sürücüdür.

bu göstəriciyə görə də vahid liderdir.

  • Yarışda ikinci olan Kimi Rəykkönen 29 müxtəlif trasda podiuma yüksəlmiş olub və

Alen Prostun nəticəsini təkrarlayıb. Finlandiyalının aktivində artıq 94 podium var.

  • Yarışı üçüncü yerdə başa vuran Serxio Perez 8 dəfə podiuma yüksələn ilk meksikalı sürücü

olub. O,Pedro Rodrigesi üstələyib.

  • Finiş xəttini altıncı keçən Şarl Lekler Formula 1 tarixində xal qazanmış ikinci Monakolu sürücü

olub. Digəri isə təbii ki,Lui Şirondur.

olub.

  • Yarışın sön dövrələrində lider gedərkən təkəri

partladığı üçün mübarizəni dayandıran Valtteri Bottasın 18 yarışlıq məhsuldar seriyası sona çatıb.