20 nömrəli məktəb-lisey

Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyiAzərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi.

20 NÖMRƏLİ MƏKTƏB-LİSEY
Əsası qoyulub 1958-ci il
Direktor Esmira Ağayeva Azər
Şəhər Bakı Bakı
Ünvan Yasamal, Parlament prospekti 7/11

Haqqında[redaktə | mənbəni redaktə et]

Parlament prospekti 7/11 ünvanında yerləşən A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur. O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir.

2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir.

Məktəbə 1994-cü ildə lisey adı verilmişdir.

2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010–2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir.

2008–2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 "Tərəqqi" medalına, 2 "Qabaqcıl təhsil işçisi" medaına layiq görülmüş müəllimlər çalışır.

2014-cü ilin iyun ayında məktəb-lisey sökülmüşdür.

2017-ci ilin sentyabrın 15-də isə yeni inşa edilmiş məktəb-lisey 2017–2018-ci tədris ili üçün müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də I Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etmişlər.

2022–2023-cü tədris ili üçün ümumi şagird sayı isə 4608-dir. Onlardan 2380-i rus bölməsində, 2228-i isə Azərbaycan bölməsində təhsil alan şagirdlərdir. Məktəb-liseydə hal-hazırda 162 sinif fəaliyyət göstərir.

Məzunları[redaktə | mənbəni redaktə et]

Qalereya[redaktə | mənbəni redaktə et]