Çingiz Babayev (milli qəhrəman)

Çingiz Babayev — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub.

Çingiz Babayev
Çingiz Adil oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi yanğın
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Baş leytenant
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır.

Ölməz qəhrəman

[redaktə | mənbəni redaktə et]

28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyasıNəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi. O fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas etməyi bacarır, onlarla insan bu faciədən xilas olur. Başqalarının həyatını xilas edən vətənimizin cəsur övladı öz həyatını qurban verir.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 5 noyabr 1996-cı il tarixli, 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Bakının Yasamal rayonu ərazisində ki, qəbiristanlıqda dəfn edilmişdir. Onun şərəfinə Ulduz metrostansiyasında abidə kompleksi ucadılmışdır.

  1. Real TV. "Metro faciəsi" (az.). Youtube.com. 28.10.2019. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]