Arif Hüseynzadə

Arif İsmayıl oğlu Hüseynzadə (23 sentyabr 1970, Bakı20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Dövlət Televiziyasında işıqçı, Qarakənd faciəsinin qurbanı.

Arif Hüseynzadə
Doğum tarixi 23 sentyabr 1970(1970-09-23)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (21 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Dəfn yeri
Milliyyəti Azərbaycanlı

Arif İsmayıl oğlu Hüseynzadə 1970-ci il sentyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1977-ci ildə Yasamal rayonu 20 nömrəli məktəb-liseyin I sinfinə gedib. Məktəbdə təhsil aldığı dövrdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib. 1987-ci ildə həmin məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub.

1990-cı ildən Azərbaycan Dövlət Televiziyasında işıqçı vəzifəsində çalışıb.

Uşaqlıq və gənclik illərində vətənpərvərliyi ilə seçilib. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində şəhid olub. I Fəxri Xiyabanda dəfn edilib.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-lisey Arif Hüseynzadənin adını daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]