İrakli Metaksa

İrakli Metaksa (1889, Batum20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik.

İrakli Panaitoviç Metaksa
Ираклий Панаитович Метакса
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Batumi
Vəfat tarixi
Vəfat yeri Ağcaqum səhrası, Türkmənistan
Partiya
Fəaliyyəti siyasətçi
Atası Panait Metaksa
İrakli Metaksa pilotlarla birlikdə

İrakli Metaksa 1889-cu ildə Batumidə, Pont yunanlarının ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, KrımUralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və hotel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan ŞaumyanınProkofi Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakli Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.