Prokofi Caparidze

Prokofi Caparidze və ya Alyoşa Caparidze (gürc. პროკოფი აპრასიონის ძე ჯაფარიძე; 3 (15) yanvar 188020 sentyabr 1918[1], Krasnovodsk) — Azərbaycan SSR dövlət xadimi, 26 Bakı komissarından biri.

Prokofi Caparidze
gürc. პროკოფი აპრასიონის ძე ჯაფარიძე
18 iyun 1918 – 31 iyul 1918
Əvvəlkiİvan Tsibulski
Sonrakıvəzifə ləğv edildi
bayraq
Bakı Xalq Komissarları Sovetinin daxili işlər komissarı
bayraq2
25 aprel 1918 – 31 iyul 1918
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
13 yanvar 1918 – 31 iyul 1918
ƏvvəlkiStepan Şaumyan
Sonrakıvəzifə ləğv edildi
bayraq
Bakı Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1 yanvar 1918 – 31 iyul 1918
ƏvvəlkiStepan Şaumyan
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum adı პროკოფი ჯაფარიძე
Doğum tarixi 3 (15) yanvar 1880
Vəfat tarixi 20 sentyabr 1918(1918-09-20)[1] (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15 yanvar 1880-ci ildə Kutaisi quberniyasının Raça qəzasının Şardometi kəndində anadan olmuşdur. 1898-ci ildə kommunist partiyasına qəbul olunub. Satsxenisi kənd məktəbində oxumuş, çəkməçilik peşəsini öyrənmişdir. 14 yaşında Tiflis şəhər məktəbində oxumuş, 1896-cı ildə isə Tiflis Müəllimlər İnstitutuna daxil olmuşdur. 1900-cü ildə İnstitutdan qovulmuş və həbs edilmişdir. Bir il həbsdə qaldıqdan sonra Kutaisi quberniyasına sürgün olunmuşdur. 1901–1904-cü illərdə RSDFP Qafqaz İttifaq Komitəsinin və İmereti-Minqreli Komitəsinin üzvü seçilmişdir.

1904-cü ilin avqustundan başlayaraq Bakıda fəaliyyət göstərməyə başlamış, 1904-cü il dekabr tətilinin rəhbərlərindən biri olmuşdur. RSDFP 3-cü qurultayında Bakı bolşevik təşkilatının nümayəndəsi kimi iştirak etmişdir. O, 1905-ci ilin noyabrında yaradılmış Bakı Sovetində bolşevik fraksiyasına rəhbərlik etmişdir. "Bakinski raboçi", "Qudok", "Bakinski proletari" və digər qəzetlərin nəşrində fəaliyyət göstərmişdir.

1909-cu ildə yenidən həbs olunaraq Bakıdan sürgün olunmuşdur. Bundan sonra Rostov-DondaKubanda partiya işi aparmışdır. 1911-ci ildə 3 il müddətinə Voloqda quberniyasının Veliki Ustyuq şəhərinə sürgün olunmuşdur. 1914-cü ilin mayında Qafqaza qayıtmış, Tiflis bolşevik təşkilatında fəaliyyət göstərmişdir. 1915-ci ildə növbəti dəfə həbsə alınmış, iyulda isə Yenisey quberniyasının Kamenka kəndinə sürgün olunmuş, lakin 1916-cı ilin iyul ayında oradan Petroqrada qaçmışdır. Orada partiya tapşırığı alan Çaparidze Tiflisə qayıtmışdır. Onun Bakıda yenidən fəaliyyəti 1917-ci ilin aprelindən RSD(b)P Bakı Komitəsinin və Bakı Sovetinin tərkibinə daxil olmaqla başlamışdır. O, 1917-ci il sentyabr ümumi tətilinə rəhbərlik edən tətil Komitəsinin sədri olmuşdur.

Onun Azərbaycan xalqına qarşı əsas cinayətləri məhz 1917-ci ilin dekabrından Bakı Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1918-ci ilin yanvarından isə sədri olduqdan sonra baş vermişdir. P. Caparidzenin 1918-ci ilin mart qırğınları zamanı yerli müsəlman əhaliyə qarşı soyqırımın təşkilatçılarından və icraçılarından biri olması çağdaş Azərbaycan tarixşünaslığında faktlarla sübut olunmuşdur.

P. Caparidze 1918-ci ilin 25 aprelində S. Şaumyanın sədrliyi ilə yaranmış Bakı Kommunasında Daxili İşlər və Ərzaq Komissarı olmuşdur. O, yerli əhalidən ərzaq və digər kənd təsərrüfatı məhsullarıın müsadirə edilməsinə və buna qarşı çıxanların kütləvi surətdə qətlə yetirilməsinə bilavasitə rəhbərlik etmişdir. P. Caparidze 1918-ci ilin may ayında keçirilmiş Bakı Qəza Kəndli Deputatları Sovetinin 1-ci qurultayının təşkilatçılarından və rəhbələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləmiş və milli ordu və qardaş türk ordusuna qarşı qanlı döyüşlərə bilavasitə rəhbərlik etmişdir. Bakıda, Göyçayda, Kürdəmirdə, Hacıqabulda, Şamaxıda və Respublikanın digər ərazilərində gedən döyüşlərdə şəhid olmuş azərbaycan və türk əsgərlərinin ölümündə bilavasitə onun əli vardır.

Caparidze haqqında Ə. Quliyevin 1957 və 1979-cu llərdə, A. Hüseynovun 1984-cü ildə Bakıda azərbaycan və rus dillərində, Q. Qəribcanyanın 1979-cu ildə İrəvanda erməni dilində, E. Zedqinidzenin 1976-cı ildə Moskvada rus dilində, M. Silaqadzenin 1980-ci ildə Tbilisidə gürcü dilində kitabları nəşr olunmuşdur.

Sovet tarixşünaslığında P. Çaparidze haqqında yazılanlar obyektiv hesab oluna bilməz. Çünki bunlar kommunist partiyasının sifarişi ilə yazılmış və həmin rejimin siyasətinə xidmət göstərən əsərlərdir. Hətta obyektiv tarixi tədqiqatlara nisbətən imkan verildiyi XX əsrin 80-ci illərinin axırlarında da səlahiyyətli elmi-tədqiqat institutları bu saxtakarlığı aradan qaldırmağa cəhd göstərməmişlər. Əvəzində isə Azərbaycan SSR EA və Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu "Qəhrəmanlıq ənənələri yenidənqurmanın xidmətinə" mövzusunda 26 Bakı komissarının həlak olmasının 70 illiyi münasibətilə 1988-ci ilin sentyabrında elmi sessiya təşkil edərək bu saxtakarlığı ört-basdır etmişlər.

Lakin sovet dövründə yazılmış kitabların özündə də qeyd olunan faktlara tənqidi yanaşanda Caparidze və digər kommunistlərin xalqımıza qarşı cinayətlərini sübut etmək mümkündür. Məsələn, 1973-cü ildə nəşr olunmuş "Azərbaycan tarixi"nin 3-cü cildində qeyd olunur ki, "müsavat əksinqilabına müqavimətə rəhbərlik etməkdən ötrü, martın 30-dan 31-nə keçən gecə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev, S. Şaumyandan ibarət Bakı və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi təşkil edildi… Bu komitənin çağırışı ilə martın 31-də sovet qoşunları topların, təyyarələrin və donanmanın köməkliyi ilə düşmən üzərinə qəti hücuma keçdilər… 1918-ci il aprelin 6-da iri müəssisə sahiblərinin üzərinə 50 milyon manat məbləğində vergi qoyuldu. Kapitalistlər tələb olunan məbləği ödəməkdən boyun qaçırdıqda, komitə onları həbs etməyi əmr etdi. Bundan sonra istənilən məbləğ ödənildi." Yaddan çıxarmaq lazım deyildir ki, P. Çaparidze xalqımıza qarşı çinayətlərə S. Şaumyanla birlikdə rəhbərlik etmişdir. O, 1918-ci ilin yanvarından Bakı Soveti İcraiyyə Komitəsinin sədri olduğundan mart qırğınlıarında günahsız dinc müsəlman əhalinin tökülən qanının baiskarlarından bəlkə də ən birincilərindəndir. Onun cinayətlərinin üstündən sükutla keçmək gələcək nəsillərdə XX əsr Azərbaycan tarixi haqqında səhv təsəvvürlərin yaranmasına səbəb ola bilər. Hətta demək olar ki, bu cür təsəvvürlər artıq yaranmaqdadır və qəribə də olsa Azərbaycan tarix elminə rəhbərlik edən professor və akademikləri bu heç narahat da etmir. Çünki onların əksəriyyətinin yazıb, müdafiə etdikləri dissertasiyalar məhz A. Caparidze kimilərinin təbliğinə həsr olunmuşdur.

  1. 1 2 Джапаридзе Прокофий Апрасионович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.