Eyjen Avqustoviç Berq (1892, Riqa[1] – 20 sentyabr 1918[1], Türkmənistan) — latış bolşevik, 26 Bakı komissarından biri.
Eyjen Berq | |
---|---|
Eižens Bergs | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Riqa |
Vəfat tarixi | |
Vəfat yeri | Ağcaqum səhrası, Türkmənistan |
Vəfat səbəbi | başın kəsilməsi |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Avqust Berq |
Vikianbarda əlaqəli mediafayllar |
1892-ci ildə Riqada balıqçı ailəsində doğulmuşdur. Birinci Dünya Müharibəsi dövründə "Sevastopol" gəmisində maşinist idi. 1917-ci ildən bolşevik idi.
1917-ci ildə yaranan Bakı kommunasında matros idi. 1918-ci ilin iyulunda Hərbi İnqilabi Komitənin üzvü olmuşdu. Eyjen Berq 1918-ci ildə ingilislər tərəfindən güllələnib. 1917-ci ilin iyulunda Rusiya Respublikası hökuməti tərəfindən həbs olunmuşdur. Qış sarayı basğını zamanı 2-ci Baltik matrosları diviziyasına başçılıq etmişdir. Belqorod, Xarkov və Çuquyevdə inqilabi fəaliyyətdə olmuşdur. 1918-ci ilin yayında Xəzər flotillasına təlim üçün göndərilmişdir. 1918-ci ilin iyulunda 26 Bakı komissarından biri olmuşdur. Hərbi inqilabi komitənin sədri və Qafqaz Qızıl Ordusunun kommunikasiya şöbəsinin sədri idi. 1918-ci ilin sentyabrında edam olunmuşdur.