400 zərbə (film, 1959)

"400 zərbə" (fr. Les Quatre Cent Coups) — Fransa kinorejissoru Fransua Trüffonun 1959-cu ildə çəkdiyi film. Fransız yeni dalğasının ən əsas filmlərindən biri sayılır. Film Beynəlxalq Kann Kinofestivalının "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olmuşdur.

400 zərbə
Les Quatre Cents Coups
Janr dram filmi[1], cinayət filmi
Rejissor Fransua Trüffo
Prodüser Fransua Trüffo
Ssenari müəllifləri Marsel Mussi
Fransua Trüffo
Baş rollarda Jan-Pyer Leo
Kler Morye
Albert Remi
Gi Dekombl
Operator Anri Dekae
Bəstəkar Jan Konstantin
İstehsalçı Les Films du Carrosse
Distribütor Netflix
İlk baxış tarixi 4 may 1959[2][3], 3 iyun 1959[3], 16 noyabr 1959[3]
Müddət 99 dəq.
Ölkə Fransa Fransa
Dillər fransız dili, ingilis dili[2]
İl 1959
Rəng ağ-qara
Çəkiliş yeri Paris
IMDb ID0053198
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənc Antuan yaşadığı cəmiyyəti qəbul edə bilmədiyindən qaçmaq qərarına gəlir. O sındırır, dağıdır, çəkir, aldadır, yalan danışır, oğurlayır… O sadəcə öz cəmiyyətini qəbul etmir. Bəlkə də onun elə belə böyüməsinə cəmiyyət özü təsir edir. Axı təsadüfi deyil ki, filmin adı 400 zərbədir.

Anasını başqa bir kişi ilə görən Antuanın psixologiyası daha da pozulur və Trüffo göstərir ki, uşağın sağlam böyüməsi üçün sağlam mühit, sağlam cəmiyyət və sağlam ailə nə qədər zəruri bir şeydir.

Filmdə baş verənlər bəlkə də yetkin bir insana adi görünə bilər. Ancaq Trüffo hətta ən cüzi zədələrin, ən cüzi zərbələrin belə uşağın təfəkkürünə nə dərəcədə pis təsir edə, valideynlə uşaq arasında olan anlaşılmazlığın və onun nəticələrinin nə qədər ağır izlər buraxa biləcəyini gözəl göstərir.

Antuan rejissorun alter eqosudur. Trüffo növbəti iyirmi ildə bu filmin bir neçə davamını çəkdi və bu da uğurla qarşılandı. 20 yaşında sevgi (film, 1962) (1962) epizod filmindən qısa bir filmdə Antuan platonik bir sevgiyə sahibdir. Oğurlanmış öpüşlər (film, 1968) (1968) filmində Antuan Duanel (Jan-Pyer Leo) Kristin Darbo (Klod Jad) aşık. Ailə ocağı (film, 1970) (1970) filmində Antuan və Kristin evli bir cütlükdür. Qaçışda sevgi (film, 1979) (1979) filmində Antuan Kristinin dostu Lilian ilə münasibət qurur və cütlük boşanır. Antuan hekayəsi və Antuan və Kristin cütlüyünün salnaməsi kimi bu dövr film tarixində misilsizdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://www.imdb.com/title/tt0053198/.
  2. 1 2 Freebase Data Dumps. Google.
  3. 1 2 3 IMDb (ing.). 1990.