44 gün — özbək şairi Xasiyyət Rüstəmovanın yazdığı məqalə, gündəlik və dastandan ibarət kitab. Kitabın əsas mövzusu Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə həsr olunub.
özb. “44 kun” | |
Müəllif | Xasiyyət Rüstəmova |
Janrlar | Dastan, məqalə, gündəlik. |
Orijinalın dili |
Azərbaycan dili Özbək dili |
Tərtibat | Qənirə Paşayeva |
Nəşriyyat | Arjuman media |
Nəşr | 2021 |
Səhifə | 140 |
Növ | kitab |
Tiraj | 1000 |
Kitab 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə nəşr olunub. Kitaba Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyar ədəbi məsləhətlər veriblər.[1]
Kitab VI bölmədən ibarətdir. Birinci bölmə “Adı Lalə idi o qızın” dastanı ilə başlayır.[2][3] Ondan sonra “Rahatsız keçən 44 gün” və “Qarabağ xəyallarıma girir” kimi gündəliklər bölməsini ehtiva edir. Həmçinin kitabda müasir Azərbaycan yazıçıları Xosiyyət Rüstəmovaya həsr olunmuş xatirələrini “Yuxuyuma girər Qarabağ” bölməsində yazıblar. Sonuncu bölmə şairənin tərcümeyi-halına həsr edilmişdir.[4][5]