515 Haşimi (ərəb. الهواشم ٥١٥ ; türk. 515 Haşimi) — Türkiyədə fəaliyyət göstərmiş qısaömürlü ərəb milliyətçi dəstəsi.[1]
515 Haşimi |
---|
"515" rəqəmi haşimi olan Hüseyn ibn Əlinin Osmanlı imperiyasına qarşı rəhbərlik etdiyi ərəb üsyanının simvoludur. 515 rəqəmi daha sonra ərəb milliyətçilərinin simvolu olmuşdur.[2][3]
2022-ci ilin yanvarında Türkiyədə türklər və suriyalılar arasında gərginlik yüksək həddə çatmışdı. Bu dövrdə Adananın Seyhan rayonunda özlərini "515 Haşimi" adlandıran, Suriyadan olduqları təsdiqlənən bir qrup ərəbin əllərində dönər bıçaqları və çubuqlar ilə küçədə piyada, həmçinin şüşələrində "515 Haşimi" yazısı olan avtomobillər ilə hərəkət etməsi qeydə alınmışdır.[4] Videonun yayılmasından sonra Baş Təhlükəsizlik İdarəsi videoda müşahidə olunan şəxslərin kimliyini müəyyən etmək üçün araşdırmalara başlamış və tezliklə dəstə üzvləri olduğu iddia edilən bütün şəxsləri həbs etmişdir. Odur ki, 20 nəfər həbs edilmiş, onlardan 19-u Suriyaya deportasiya olunmuşdur.[5][6][7][8] Üzvlər müxtəlif ərəb qəbilələrinə mənsub suriyalı gənclər idi.[9]