Ərəb üsyanı

Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı.[8][9]

Ərəb üsyanı
Birinci dünya müharibəsi
Ərəbistan səhrasında ərəb üsyanı bayrağı daşıyan ərəb ordusunun əsgərləri.
Tarix İyun 1916Oktyabr 1918
Yeri Ərəbistan yarımadası
Səbəbi Etnik münaqişə, ərəb milliyətçiliyi
Nəticəsi Ərəblərin qələbəsi
Sevr müqaviləsi
Ərazi dəyişikliyi Ərəblər müstəqillik əldə etdilər. Osmanlı, HicazYəmən torpaqlarını itirdi.
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Hicaz krallığı

Komandan(lar)

Camal paşa
Fəxrəddin paşa Mühiddin paşa
Otto Liman fon Sanders
Səud bin Əbduləziz

Hüseyn ibn Əli
Feysəl ibn Hüseyn Abdullah ibn Əl-Hüseyn
Edmund Allenbi
T.E. Lourens
İbn Əl-Səud

Tərəflərin qüvvəsi

may 1916
6,500-7,000 [1]
sentyabr 1918
23,000[2]

iyun 1916
30,000 [2]
1918
50,000[3]

İtkilər

Ölü
5.000[4]
10.000 xəstəlikdən
Yaralı
10.000
Əsir
22.000+[5][6][7]

Bilinmir

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.[9]

1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı. Birinci Dünya Müharibəsi əsnasında, Şərif Hüseynin oğlu Əmir Feysəlın başçılığında və İmam Yəhyaİbn Səudun da üzv olduğu, Şərif Hüseynin Osmanlı dövlətinə qarşı müharibə elan etməsi və Antanta dövlətlərinin köməyi bir ərəb hökuməti təsisini məqsəd qoyan bir cəmiyyət qurulmuşdur.[9]

Britaniya ilə razılaşma

[redaktə | mənbəni redaktə et]

Şərif Hüseynin üsyan fikri, 1914-cü ilin fevral ayının ilk həftəsində Misirdə oğlu Əmrah Abdullah ilə görüşdən sonra, Britaniya hakimiyyəti ilə davamlı irəliləyiş əldə etdi. Şərif Hüseyn 1 iyul 1915 tarixində Britaniyaya ilk təklifini göndərmiş və öz xüsusi məktubunda MərsinAdanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə veriməsi şərtiylə, aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdir. Şərif Hüseyn və Britaniya arasındakı danışıqlar nəhayət 10 mart 1916 tarixində qarşılıqlı razılaşma ilə tamamlandı. 6 noyabr 1916 tarixinə qədər Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdir.[9]

Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə qarşı üsyan başlatdı və özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi.[9] Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu, müstəqil bir idarəçi və rəsmi olaraq "Hicazın Hökmdarı və Hakimiyyəti" olaraq tanıdılar.

Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz İbn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya məsulu onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseyinin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyalarını vermişdir. Buna qarşı Ədbuləziz İbn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Şamda və İraqda Osmanlılara qarşı mübarizə etməməsini təmin etmək idi.[9]

Bir tərəfdən, 1916-cı ildən bəri ərəb üsyançılarına qarşı mübarizə aparan Osmanlı İmperiyası, 1918-ci ildə imzaladığı Mudros müqaviləsinə əsasən bölgədən çəkilmişdir. Ərəb üsyanından sonra Britaniyə Şərif Hüseynə vəd etdiyi torpaqları verməmişdir. 1917-ci ildə imzalanmış Balfur Bəyannaməsinə əsasən Fələstində bir yəhudi məskəni yaradılmışdır. Bu üsyanın nəticələri bu günə qədər bir çox problemlərə səbəb olmuşdur.

  1. Military Intelligence and the Arab Revolt: The first modern intelligence war (azərb. Hərbi Zəka və Ərəb Üsyanı: İlk müasir zəka müharibəsi‎), Polli a. Mohs, ISBN 1-134-19254-1, Routledge, səhifə 41.
  2. 1 2 Deyvid Mörfi, (Pitr Dennis tərəfindən illistrasiya edilmişdir), The Arab Revolt 1916–18: Lawrence Sets Arabia Ablaze (azərb. Ərəb üsyanı 1916-18: Lourens Ərəbistanı Parıldatdı‎), Osprey Publishing, 2008, p. 26.
  3. * Mehmet Bahadir Dördüncü, Mecca-Medina: the Yıldız albums of Sultan Abdülhamid II, Tughra Books, 2006, ISBN 1-59784-054-8, səhifə 29.
  4. Erikson 2001, səh. 238, Appendix F
  5. Statistics of the Military Effort of the British Empire During the Great War 1914–1920, The War Office, səh. 633: 1918-ci ildə Suriya və Fələstində ərəb üsyançılar tərəfindən alınmış 8.000 əsir, Bitaniyalılar tərəfindən alınanlarla birlikdə 98.600 əsir.
  6. Parnell, səh. 75: 1916-cı ilin axırlarında 6,000 əsir alınmışdır
  7. Süleyman Beyoğlu, The end broken point of Turkish - Arabian relations: The evacuation of Medine, Atatürk Atatürk Research Centre Journal (Number 78, Edition: XXVI, November 2010) (Turkish). 8,000 Ottoman troops surrendered at the end of the Siege of Medina and were evacuated to Egypt afterwards.
  8. Sean McMeekin, The Berlin-Baghdad Express, p.288,297
  9. 1 2 3 4 5 6 "Mustafa Bostancı, "Birinci Dünya Savaşı'nda Osmanlı Devleti'nin Hicaz'da Hâkimiyet Mücadelesi"". 2015-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  • Fromkin, Deyvid (1989). A Peace to End All Peace (azərb. Bütün Sülhləri Sona Çatdıran Sülh‎). Avon Kitablar.
  • Korda, Maykl, Hero: The Life and Legend of Lawrence of Arabia (azərb. Qəhrəman: Ərəbistan Lourensinin Həyatı və Əfsanəsi‎). ISBN 978-0-06-171261-6.
  • Lourens, T. E. (1935). Seven Pillars of Wisdom (azərb. Hikmətin Yeddi Pilləsi‎). Dabldey, Doran, və Ko.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]